Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Başçı ilə yola getməyən idarə müdiri işdən çıxarıldı

Başçı ilə yola getməyən idarə müdiri işdən çıxarıldı


25-06-2015, 14:21
Başçı ilə yola getməyən idarə müdiri işdən çıxarıldı
Qafqaz Xəbər Agentliyi olaraq bir neçə gün əvvəl dərc etdiyimiz “Qobustan maliyyə idarəsinin müdiri rayondan qaçıb” başlıqlı yazıda icra başçısı Adil Məmmədovla yola getməyən, onunla kəllə-kəlləyə gələn rayon Maliyyə idarəsinin müdiri Nuru İsmayılovdan bəhs etmişdik. Xəbərdən bəlli olurdu ki, Qobustan rayon maliyyə idarəsinin müdiri Nuru İsmaylovun adı maliyyə maxinasiyalarında, rüşvət və korrupsiyada hallanır. Etibarlı mənbənin bizə dediyinə görə, Nuru İsmaylov 20 gündür ki, rayondan qaçıb. Bu gün müxbirimiz Qobustan RİH ilə əlaqə saxlayıb. İH-nin adının çəkilməsini istəməyən əməkdaşı müxbirimizə bildirib ki, artıq Nuru İsmayılov vəzifədən azad olunub. Müxbirimiz məlumatı dəqiqləşdirmək üçün başçının köməkçisinin ( Əliyev Anar Cavadxan oğlu ) telefonuna zəng edib. Telefona cavab verən şəxs məlumatı təsdiq eləsə də adını bildirmək istəməyib.

Geri qayıt