Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” arzuolunmaz reklam SMS-lərinin qarşısını alan xidmət aktiv edib

“Bakcell” arzuolunmaz reklam SMS-lərinin qarşısını alan xidmət aktiv edib


22-06-2015, 10:55
“Bakcell” arzuolunmaz reklam SMS-lərinin qarşısını alan xidmət aktiv edib
Azərbaycanın mobil operatoru “Bakcell” MMC abunəçilərinin arzuolunmaz reklam SMS-lərinin qarşısını almaq üçün xidməti aktiv edib. Bu barədə şirkətdən məlumat verilib.

Xidmət çərçivəsində reklamçılar tərəfindən öz müştərilərinə göndərilən kütləvi SMS-lərin idarə edilməsinə imkan yaradan yeni platforma müştərilərin istifadəsinə verilib.

Bunun üçün abunəçi “5595” qısa nömrəsinə “STOP” yazısını göndərməlidir.

Bundan başqa, abunəçilər istədikləri mağazaların, şirkətlərin, bankların və ya müvafiq hesab etdikləri hər hansı digər hesabların adları yazılmış fərdi “ağ siyahı”larını yaradaraq, bu siyahını yenidən “5595” qısa nömrəsinə göndərməli olacaqlar.

Geri qayıt