Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Türkiyədə yeni bir Azərbaycan partiyasının yaradılmasına ehtiyac var...

Türkiyədə yeni bir Azərbaycan partiyasının yaradılmasına ehtiyac var...


8-06-2015, 15:08
Türkiyədə yeni bir Azərbaycan partiyasının yaradılmasına ehtiyac var...
DİA.AZ: - Qardaş Türkiyə yeni bir siyasi dönəmin astanasındadır. Dünənki parlament sçekiləri Türkiyənin şəklini mütləq şəkildə dəyişdirəcək.

Görünəni odur ki, bu dəyişiklik müsbət mənada olmayacaq.

Artıq indidən parlamentdə özünə yer etmiş PKK terror təşkilatının sivil təzahürü olan HDP rəhbərliyi təkcə Türkiyənin yox, həm də Azərbaycanın dövlət maraqlarının əleyhinə bir mövqe sərgiləməkdədir. "Ermənistanla sərhədlər açılsın, Qarabağ isə Türkiyənin problemi deyil" deyən HDP-lilərin dünən bu qədər səs toplaması isə kimlər üşünsə sürpriz təəssüratı yaratsa da, əslində gözlənilən idi.

Bəli, bu acı nəticələr - hamımızı üzən yekun rəqəmlər gözlənilən idi.

Gözlənilirdi ki, qədim Azərbaycan şəhərlərində bölücü kürdlər həlledici qələbə qazanacaqlar. Çünki, həm Qarsda, həm İğdırda və həm də Türkiyədəki digər Azərbaycan şəhərlərindəki soydaşlarımızın CHP-AKP-MHP arasında bölünməsi fonunda qələbəni bir ovuc kürd götürəcək.

Nə etməli?

Bu bir faktdır ki, Türkiyənin zəif düşürülməsi Azərbaycan üçün də yaxşı nəsə vəd etmir. Ona görə də nə etməli sualı Azərbaycan üçün də aktualdır.

DİA.AZ bildirir ki, hazırki məqamda ən gərəkəni məhz Türkiyədəki Azərbaycan türklərinin səs birliyinə nail olunması üçün təcili, təxirəsalınmaz addımlar atılmalıdır. Azərbaycan türklərinin Türkiyədəki parçalanmış halı təkcə Türkiyəyə yox, Azərbaycana da bir zərbə olduğundan Türkiyədə sayları 4-6 milyon arası olan Azərbaycan türklərini birləşdirəcək bir siyasi təşkilatın yaranmasına ciddi ehtiyac var.

Biz nə qədərki parçalanmışıq, qələbə də düşmənin olacaq...

Belə bir siyasi təşkilatın yaranması isə təkcə Qarsı, İğdırı, Vanı yox, həm də elə Diyarbəkiri Azərbaycana, yəni həm də bütün Türk Dünyasına - eləcə də Türkiyəyə qaytarmış olacaq...

DİA.AZ - Analitik Qrupu

Geri qayıt