Əsas Səhifə > Güney Press, Şou-biznes > "Zəng gəldi, təcili Bakıya qayıtdım"

"Zəng gəldi, təcili Bakıya qayıtdım"


4-06-2015, 11:43
"Zəng gəldi, təcili Bakıya qayıtdım"
Xalq artisti Aygün Kazımova Gürcüstandan təcili Bakıya qayıtmasının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Bakı 2015" Avropa Oyunlarının məşəldarı seçildiyini bildirib:

“Yaradıcı işlərlə bağlı Gürcüstana getmişdim. Zəng gəldi, təcili Bakıya qayıtdım. İclas keçirildi və mən də Avropa Oyunlarının məşəldarlarından biri seçildim. Bu haqda çox danışmağa icazə verilmir. İdmançılara həmişə dəstək oluram. Çünki mən özüm də idmançıyam. İdmanla bağlı çox mahnılar oxumuşam”.

A.Kazımova yaradıcılıq işlərinə fasilə verdiyini bildirib:

“Yeniliklərimi iyulda təqdim edəcəm”.

Geri qayıt