Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > FHN və “Dövlətarxitekturakomitəsi” Bakı ŞİH-ni ittiham edir?

FHN və “Dövlətarxitekturakomitəsi” Bakı ŞİH-ni ittiham edir?


20-05-2015, 14:13
FHN və “Dövlətarxitekturakomitəsi” Bakı ŞİH-ni ittiham edir?
19 mayda 2015-ci il tarixdə Azadlıq prospektində 16 mərtəbəli binada güclü yanğın olub. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Hadisə vaxtı ölənlərin sayı 16-ya çatıb. (Oxu.Az)
Baş prokuror Zakir Qaralov bildirib ki, hadisə ilə bağlı FHN, DİN və Baş prokurorluğun birgə istintaq qrupu yaradılıb: “ Qrupa peşəkar mütəxəssislər cəlb olunub. İlkin versiyaya görə, yanğının səbəbi üzlük materiallarının keyfiyyətsizliyi olub. İcra orqanları təhvil aktını qəbul ediblər.Baş verənlərə qiymət veriləcək”.(APA )
Yanğın vaxtı ölənlərdən bəzilərinin şəxsiyyəti müəyyən olunub. Bunlar Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), Eyvazova Ülkər Hamir qızı ( 1995), Məhərrəmova Fərəh Elnur qızı ( 3 yaş ), Bağırov Sahib Rəhim oğlu (1969) , Bağırova Firəngiz Rəhim qızı (1955 təvəllüd) , Şirinova Zülfiyyə Yavər qızı ( 1972), Nəcəfzadə Yaşar Fazil oğludur ( 27 yaş ). (1news.az).
Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin adından yayılan rəsmi açıqlamada təcrübəli əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupunun yaradıldığı və bu qrupun ilkin araşdırması zamanı qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudovun iş üzrə şübhəli şəxs qismində tutulduğu bildirilib. ( APA )
“Global construction” şirkəti 2001-ci ildə təsis edilib. Şirkətin təsisçisi azərbaycanlı sahibkar Xaqani Bəşirovdur. ( vertikal.az).
Milli Məclisin üzvü Vahid Əhmədov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az)-a bildirib ki, tez alışan üzlük materialları qadağan olunmalıdır: “ Hansısa biznesmen öz keyfiyyətsiz məhsulunu satır, Bakı ŞİH isə buna göz yumur”.
AzVision.az saytının yazdığına görə, Binəqədi RİH məsuliyyəti öz üzərindən atıb, İH-nin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov sayta bildirib ki, məsuliyyət bunanı təmir edən firmanın üzərinə düşür.

FHN və “Dövlətarxitekturakomitəsi” Bakı ŞİH-ni ittiham edir?

Bakı ŞİH-nin tikinti şöbəsinin əməkdaşı Rizvan (soyadını demədi) Qafqaz Xəbər Agentliyinə (qazfqaznews.org) bildirib ki, İH binaları təhvil götürmür.
Biz Bakı ŞİH-nin MKT Departamentinə də müraciət etdik. Departament sədrinin köməkçisi Sabit Hüseynov Qafqaz Xəbər Agentliyinə (qazfqaznews.org) bildirdi ki, bu barədə mənə heç nə məlum deyil, yanğınla bağlı ancaq televizordan eşitmişəm: “ Bu hadisənin bizə dəxli yoxdur. Bir daha zəng vurmayın”.
Bakının meri Hacıbala Abutalıbovun şəxsi köməkçisi modern.az-a bildirib ki, yanğınla bağlı Binəqədi RİH-ə və FHN-ə müraciət edin, bizə müraciət etməyin.
Şəhərsaıma İdarəsi rəisinin müavini Anar Bayramov Bakı ŞİH-nin açıqlamasını inkar edib. O, Qafqaz Xəbər Agentliyinə (qazfqaznews.org) bildirib ki, bina təhvil götürüləndən sonra üzlük çəkmə işlərini Bakı ŞİH və rayon icra hakimiyyəti həyata keçirir.
Bayramovun sözlərinə görə, Şəhərsalma və arxitektura komitəsi ancaq yeni binaların tikintisini qəbul edir: “ Yanan bina sovet dövründə tikilib”.
FHN-nin Yanğına Nəzarət İdarəsinin əməkdaşı Bakı ŞİH-nin və Binəqədi RİH-nin açıqlamalarını inkar edərək Qafqaz Xəbər Agentliyinə (qazfqaznews.org) bildirib ki: “ Yanan binada üzlük işləri aparılıb. Bu işlərdən sonra binanı Bakı ŞİH təhvil götürür”.

Geri qayıt