Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > ŞOK: Hacı İbrahim Nehrəmlinin həbs olunma xəbəri yayıldı

ŞOK: Hacı İbrahim Nehrəmlinin həbs olunma xəbəri yayıldı


13-05-2015, 12:07
ŞOK: Hacı İbrahim Nehrəmlinin həbs olunma xəbəri yayıldı
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər apardığı haqda məlumat vermişdik.

Avropa.info xəbər verir ki, Cahangir Hacıyev işi ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Hacı İbrahim Nehrəmlinin də həbs olunması ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məsələylə bağlı aidiyyatı qurumlardan məlumat almağa çalışacağıq.


***

“Avesta” konserninin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Yerli KİV-də yer alan məlumatlara görə, iş adamı gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı “Avesta” konserni ilə əlaqə saxladıq. Şirkətdən AzVision.az-a bildirdilər ki, yayılan məlumatlar şayiədir, Hacı İbrahim həbs edilməyib.

“Hazırda İbrahim müəllim görüşdədir. Onun həbsi ilə bağlı yayılan xəbərlər şayiədən başqa bir şey deyil”.

Qeyd edək ki, bəzi saytlar iş adamının həbsi ilə bağlı xəbər yayıb.

Geri qayıt