Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > «Gəncə xanı» kürsüsü Elmar Vəliyev üçün sonuncu vəzifə yeri olacaq

«Gəncə xanı» kürsüsü Elmar Vəliyev üçün sonuncu vəzifə yeri olacaq


4-05-2015, 12:21
«Gəncə xanı» kürsüsü Elmar Vəliyev üçün sonuncu vəzifə yeri olacaq
DİA.AZ: - «Gəncə şəhər icra hakimiyyətinin (ŞİH) başçısı Elmar Vəliyev özünü yeni posta hazırlayır. Halbuki onun adı zamanında Bakı meri postuna ən şanslı namizədlərdən biri kimi hallanırdı. İndi isə özünü kifayət qədər arxayın hiss edən Vəliyev həm də vəzifədə olan qardaşının hesabına Prezident Administrasiyasında yeni post tuta bilcəyinə inanır». Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, Elmar Vəliyevin bu ambisiyaları əslində insan xarakteri üçün normal bir hal olsa da, onun kimi qalmaqallı fiqurun yenidən vəzifə ilə mükafatlanması heç də iqtidar daxilində bir sıra dairələr üçün sıradan təzahür kimi qarşılanmır.

Mənbənin dia.az-a söylədikləri: «Elmar Vəliyev konkret olaraq nüfuzlu nazirlərdən biri ilə ədavətdədir. Bunu zamanında yerli KİV-lər də işıqlandırmışdı. Hətta Vəliyev elə bir şərait yaradıb ki, Gəncədəki idarə və müəssisələrə rəhbər təyinatlarında da avtonomluğunu qoruyur. Hətta Mikayıl Cabbarovla da açıq savaşa girərək onu yendikdən sonra, bu gün Gəncədə orta məktəb direktorları da başçısının iradəsi ilə öz kürsülərində oturublar.

Yəni bunca problemli və konfliktlərə meyilli birisinin daha mötəbər bir posta təyinatı təbii ki, etirazlara nədən ola bilər. Ən azından iqtidar daxilindəki mövcud monolitlik üçün heç də arzuolunan bir hadisə təəssüratı bağışlamaz».

Elə buna görə də xəbəri verən qaynaq iddia edir ki, Elmar Vəliyevin nəyi arzulamasından asılı olmayaraq, onun yeni - daha mötəbər posta təyinatı yox, hətta tutduğu vəzifəsindən birdəfəlik azad olunması daha çox gözləniləndir.

Geri qayıt