Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Heydər Babayevin adamlarının özbaşınalığı və...

Heydər Babayevin adamlarının özbaşınalığı və...


23-04-2015, 14:54
Heydər Babayevin adamlarının özbaşınalığı və...
Bir müddət əvvəl keçmiş İqtisadi İnkişaf naziri Heydər Babayevvə məxsus olan ” Standard Bank” və törəməsi “Standard Lizinq” MMC-nin yarım milyondan artıq vəsaitini mənimsəməsi barədə saytımızda məlumat dərc olunmuşdu.

Xatırlatmaq istəyirik ki, fərdi sahibkar Xanlar Məmmədov PİA.AZ-a müraciət edərək 2012-ci ilin iyul ayında “Standart Bank”-ın törəməsi “Standart Lizinq” MMC və onunda törəməsi olan “YUQA HOLDİNQ” MMC ilə üçtərəfli qaydada müqavilə bağladığını, ümumilikdə 20 ədəd yük maşınını lizinq yolu ilə istifadəyə götürdüyünü, müqavilə bağlanan anda “YUQA HOLDİNQ” MMC-yə ümumilikdə 523 000 (beş yüz iyirmi üç min) manat pul ödədiyini, pulun ödənilməsini təsdiq edən kassa mədaxil orderlərini aldığını, hal-hazırda isə “YUQA HOLDİNQ” MMC-nin ödədiyi pulların məbləğini təsdiq edən arayışı verməkdən imtina etdiyini bildirmişdi.

Qeyd edək ki, Xanlar Məmmədov Nüsrəddin oğlu redaksiyamıza növbəti müraciətində bildirir ki, 2012-ci ilin iyul ayında “Standart Bank”-ın törəməsi “Standart Lizinq” MMC və “YUQA HOLDİNQ” MMC ilə bağlanmış üçtərəfli müqavilə bağlanan anda yaxın qohumlarının və özünün evini girov qoyaraq götürdüyü kredit əsasında ümumilikdə 523 000 (beş yüz iyirmi üç min) manat pulu “YUQA HOLDİNQ” MMC-yə yük maşınlarının dəyərinin 40 % olaraq ödəyib və pulun ödənilməsini təsdiq edən kassa mədaxil orderlərini alıb. “Standart Bank”-ın törəməsi “Standart Lizinq” MMC bağlanmış müqaviləyə əsasən yük maşınlarının dəyəri tam ödənildikdən sonra həmin yük maşınlarını onların mülkiyyətinə verəcəyi barədə öz üzərinə öhdəlik götürüb. Müqavilələrin müddətinin bitməsinə bir ildən artıq müddət qalmasına baxmayaraq “Standart Bank”-ın törəməsi “Standart Lizinq” MMC-nin vəzifəli şəxsləri özbaşınalıq edərək qanuna zidd üsul və vasitələrlə yük maşınlarından dördünü qaçıraraq Lizinq alan qismində Xanlar Məmmədovun hüquqlarını kobud şəkildə pozub və qanunsuz hərəkətlərə yol veriblər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.3-cü maddəsinə əsasən, “Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır. “Lakin Standart Bankı”-ın törəməsi “Standard Lizinq” MMC tərəfindən qanunun bu tələbi pozulmuş, müqavilədə lizinq obyektinin geri götürülməsi və hesablaşması qaydası konkret olaraq göstərilməmiş, bu azmış kimi “Standart Bankın” törəməsi “Standard Lizinq” MMC-nin vəzifəli şəxsləri qeyd edilən 4 ədəd yük maşınının qapısını və qabaq alətlər panelini söküb dağıdaraq qaçırmışlar. Yük maşınlarının qapılarının və alətlər panelinin sökülməsi icra orqanının əməkdaşları tərəfindən baxış keçirilərkən də öz təsdiqini tapmışdır.

Xanlar Məmmədov tərəfindən PİA.AZ-a təqdim edilmiş 523 000 (beş yüz iyirmi üç min) manat pulun ödənilməsini təsdiq edən qəbzlər bizim müraciət etdiyimiz hüquqşünas tərəfindən araşdırılıb.

Hələlik müəyyən səbəblərdən adını açıqlamadığımız üquqşünas tərəfindən verilən arıyışda bildirilir ki, bəzi Fəaliyyət Növlərinə Xüsusi Razılıq (Lisenziya) verilməsi Qaydalarının təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 2 sentyabr 2002-ci il tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasinda bəzi fəaliyyət növlərinə Xüsusi Raziliq (Lisenziya) verilməsi haqqında qaydalara əsasən ciddi hesabat blanklarının hazırlanması xüsusi razılıq tələb edən fəaliyyət növüdür və həmin fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən lisenziya verilir.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarına və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 22 dekabr 2005-ci il tarixli i-163 №-li əmri ilə təsdiq edilmiş əlavəyə əsasən kassa mədaxil orderləri ciddi hesabat blankları hesab olunur və həmin blankların forması üzərində olan seriya nömrələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir.

Xanlar Məmmədov tərəfindən redaksiyamıza təqdim edilmiş 523 000 (beş yüz iyirmi üç min) manat pulun ödənilməsini təsdiq edən qəbzlərdən ikisini müqaisə üçün təqdim edirik. Qeye edək ki, həmin qəbzlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmişdir və Xanlar Məmmədov həmin qəbzlərin saxta olmasını bildirir.

Heydər Babayevin adamlarının özbaşınalığı və...

Yazıda adı keçən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq...

Geri qayıt