Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əsgər anası ƏƏSMN-dəki məmur bürokratiyasından əziyyət çəkir

Əsgər anası ƏƏSMN-dəki məmur bürokratiyasından əziyyət çəkir


20-04-2015, 16:27
Əsgər anası ƏƏSMN-dəki məmur bürokratiyasından əziyyət çəkir
DİA.AZ: - Bakı şəhəri Xətai rayonu sakini Afaq Mirişova oğlunun durumu ilə bağlı DİA.AZ-a şikayət ünvanlayıb. Müraciətdə deyilir:

“Oğlum Mirişov Süleyman Fərman oğlu. 1985-ci il təvəllüdlü. 2006-sı ildə Ali Hərbi məktəbi bitirib, təyinatla Gəncədə, 1 aydan sonra isə Ağdamın sərhədyanı kəndlərinə göndərilib. Cəbhə xətti olduğu üçün, 1günlük xidmət orada 2gün kimi sayılırdı. Orada xəstəlik tapandan sonra (ürək, əsəb, təzyiq ), son 2 il ərzində Şəki, Lənkaran, Ağcabədi rayonlarında qulluq edib”.

Daha sonra narazı vətəndaş DİA.AZ-a yazır: “Getdikcə sağlamlığından çətinlik çəkdiyi üçün Hərbi hospitalda mualicə aldı və həkimlər ona təxris olmağı məsləhət gördülər. Uzunmüddətli sənədləşmə problemlərini yaşadıqdan sonra, hal-hazırda sənədləri 1 ilə yaxındır ki, Sosial müdafiəsi nazirliyində yatır.

Oğlum təzəlikcə maraqlanıb, "vəsait yoxdur" deyiblər. Mən vəsaitin yoxluğuna inanardım, əgər məmurlarımızın və onların ailə üzvlərinin yaşayış tərzini görməsəydim. Əslində hələ vəsaitin olmamasına səbəb özləridir. Yeri gəlmişkən, qulluq etdiyi müddətdə fərman və medalı da var, 2 övlad atasıdır. Məmurlarımızın insafa gəlməklərinə inanmasamda, ümid edirəm”...

Geri qayıt