Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fazil Məmmədov qohumunu Bakı meri postuna gətirə biləcəkmi

Fazil Məmmədov qohumunu Bakı meri postuna gətirə biləcəkmi


30-03-2015, 15:53
Fazil Məmmədov qohumunu Bakı meri postuna gətirə biləcəkmi
DİA.AZ: - Binəqədiyə icra başçısı gəldikdən sonra bir-iki binanı üzdən təmir etdirib, dövlət rəhbərliyinin etimadını qazanmağa çalışan Xaləddin İsgəndərov bəlkə də bu gün medianın, azad sözün varlığını ən çox lənətləyən məmurlardan biridir. Çünki bu gün məhz KİV-lərin sayəsində bu gün Binəqədi rayonunun gerçək üzü ortaya çıxır və aydın olur ki, Xaləddin İsgəndərov yalnız «yuxarıların» gözünə pərdə asmaqla məşğuldur və realda Binəqədi yalnız bir-iki gəncin geyindiyi və üzərinə «Təmiz Binəqədi» yazılmış köynəyi qədər üzüağ deyil…

DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, Xaləddin İsgəndərovun ilk əıvəl işinə həvəsli başlaması səbəbsiz deyilmiş. Bu gün isə demək olar ki, digər ənənəvi icra başçıları kimi başını aşağı salıb büdcədən gələn, rayondan əlinə keçən vəsaitə tamahlanması da həmin həvəsinin qursağında boğulması ilə bağlıdır.

Məlumatlı mənbənin dia-az.life-a söylədiyinə görə, Xaləddin İsgəndərov Bakı şəhər icra hakimiyyətinin başçısı postuna təyinat almağa çalışsa da, Buna nail ola bilməyib. Hətta bu işdə yaxın qohumu Vergilər naziri Fazil Məmmədov da İsgəndərovun arzularının gerçəkləşməsinə dəstək ola bilməyib. Beləcə, Xaləddin müəllim Binəqədiyə təyinat almaqla yetinib və ona qohumu tərəfindən «özünü yaxşı apar, Bakı meriyası sənindir» vədi verilib.

Amma bu gün faktiki olaraq həm Xaləddin İsgərov Bakı meri postuna təyinat ala bilməyəcəyinin fərqindədir və həm də Fazil Məmmədov Hacıbala Abutalıbovu devirə bilməyəcəyini yaxşı anlayır. Məlumatlı mənbə iddia edir ki, ümumiyyətlə, Abutalıbovun yerinə təyinat gözlənilsə də, bu adam yüzə yüz Xaləddin İsgəndərov deyil…

Geri qayıt