Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bakıda turistlərin gəlişinə bəzənən binalara etiraz var - Yasamal sakinləri: «Nəfəs ala bilmirik»

Bakıda turistlərin gəlişinə bəzənən binalara etiraz var - Yasamal sakinləri: «Nəfəs ala bilmirik»


30-03-2015, 15:22
Bakıda turistlərin gəlişinə bəzənən binalara etiraz var - Yasamal sakinləri: «Nəfəs ala bilmirik»
DİA.AZ: - Son günlər Bakıdakı bir sıra yaşayış binalarının yenidən üzlənməsi, fasadlarının dəyişdirilməsi heç də hamının ürəyincə deyil. Məsələn, bəzi binaların sakinləri var ki, binaların yalnız yola düşən tərəfinin üzlüyünün dəyişdirilməsinə etiraz edirlər.

Amma DİA.AZ-a daxil olan müraciətdə Bakı şəhəri, Yasamal rayonu, mətbuat prospektinin sakinlərinin narazılığı binalarının ümumiyyətlə, fasadlarının dəyişdirilməsindəndir.

Sakinlər dia.az-a bildirirlər ki, sintetik-kauçuk materialla binaları üzləndikdən sonra evlərində otura bilmirlər: «Sintetik material evimizi havasız edib. Bina nəfəs almadığından evimiz hazırda «parnoy»u xatırladır. Bütün divarlardan nəm-su sel kimi axır. Nəfəs ala bilmirik. Ciyərlərimiz xəstə düşəcək.

Hələ yay gəlməyib belədir. Yay olanda nə olacaq, bunu Allah bilir».

Sakinlər dia.az-a onu da bildiriblər ki, digər yandan da binaların pəncərələrinin tünd rəngli şüşələrlə əlavə olaraq qapanması evlərini həm də gün işığına həsrət qoyub: «Vallah, bu binalar xəstəlik mənbəyidir… Qonşularla sözü bir yerə qoymuşuq, turistlər gəlib-gedəndən sonra, indi quraşdırılan bütün dəmir-dümürləri söküb atacağıq»…

Bakıda turistlərin gəlişinə bəzənən binalara etiraz var - Yasamal sakinləri: «Nəfəs ala bilmirik»

Geri qayıt