Əsas Səhifə > Güney Press, Şou-biznes > Azərbaycanlı aktrisanın oxşarı var imiş...

Azərbaycanlı aktrisanın oxşarı var imiş...


20-03-2015, 12:09
Azərbaycanlı aktrisanın oxşarı var imiş...
Tanınmış aktrisa Kübra Əliyeva bayramı Türkiyədə keçirəcəyini qeyd edib. O bu haqda Milli.Az-a danışıb.

"Bir neçə gün olar ki, Türkiyəyə, Bodruma, qızımın yanına gəlmişəm. Burada Novruz bayramı keçirmirlər. Amma mən Bakıdan səməni və digər Novruz atributları gətirmişəm. Qonşular gəlir, bayram süfrəmizi çox bəyənirlər. Amma sonuncu çərşənbədə tonqal qalamadıq, gətirdiyim şamları tonqal əvəzinə yandırdıq. Onu da deyim ki, mənim ümumiyyətlə mətbəxlə aram həmişə yaxşı olub. Mətbəxə xüsusi həvəsim var. Ələlxüsus da bayram şirniyyatını xoşlayıram ki, özüm hazırlayam. Rəhmətlik anamın hazırladığı paxlavanın ətrini hələ də unuda bilmirəm. İndi isə bacım Esmira Gəncədə mis məcməyidə çox gözəl bir paxlava hazırlayıb. Şəkillərini çəkib sosial şəbəkədə yerləşdirib, ona bu əl qabiliyyəti anamdan keçib. Bütün xalqımızı bayram münasibətilə təbrik edirəm. Həmçinin sizin əməkdaşlarınızı da", - deyə aktrisa bildirib.

Qeyd edək ki, bacısı Kübra xanıma çox bənzəyir. O, Gəncədə yaşayır və evdar qadındır. Həmin fotoları sizə təqdim edirik.
Azərbaycanlı aktrisanın oxşarı var imiş...
Azərbaycanlı aktrisanın oxşarı var imiş...

Geri qayıt