Əsas Səhifə > Güney Press, Şou-biznes > Azərbaycanlı müğənni uşaqlıq fotosunu paylaşdı

Azərbaycanlı müğənni uşaqlıq fotosunu paylaşdı


19-03-2015, 11:05
Azərbaycanlı müğənni uşaqlıq fotosunu paylaşdı
Azərbaycanlı müğənni uşaqlıq fotosunu yaydı. ANS PRESS-in məlumatına görə, bu addımı əməkdar incəsənət xadimi Elza Seyidcahan atıb.

Müğənni fotoda 14 yaşında olduğunu qeyd edib. Gənclik fotosu İnstaqram səhifəsində yerləşdirilib.

İzləyiciləri ifaçının fotosunu bəyənsələrdə onun yaşından daha böyük göründüyünü qeyd ediblər. Fotoya "14 yaşlı qıza bənzəmirsiz", "oğlana bənzəyirsiniz" kimi şərhlər yazılıb.

Qeyd edək ki, uzun müddətdir bəstəkar və müğənni kimi fəaliyyət göstərən E.Seyidcahan son zamanlar şeir də yazmağa başlayıb. Lakin ifaçının şeirləri izləyiciləri arasında birmənalı qarşılanmır. Bəziləri onu qabiliyyətsiz olmaqda ittiham edir, bəziləri isə müğənnini bu addımına görə alqışlayırlar.
E.Seyidcahan hətta Ermənistan prezidenti Serj Sarkisyana da şeir yazıb.

Azərbaycanlı müğənni uşaqlıq fotosunu paylaşdı

Geri qayıt