Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kərəm Həsənovun adamı Qərib Məmmədovdan qalma struktura necə həmlə edir

Kərəm Həsənovun adamı Qərib Məmmədovdan qalma struktura necə həmlə edir


12-03-2015, 12:04
Kərəm Həsənovun adamı Qərib Məmmədovdan qalma struktura necə həmlə edir
DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsində baş verən ixtisar oyunu mətbuatda geniş şəkildə müzakirə olundu. Hər halda, Kərəm Həsənovun komitəsinin kadastr xidmətinin rəisi Ramiz Quliyevin vəzifə səlahiyyətlərini aşaraq özbaşına şəkildə ixtisar qərarı verməsi böyük narazılıqla qarşılandı.

Bununla bağlı DİA.AZ-a yeni informasiyalar daxil olub. Bilgili qaynaqlardan verilən xəbərə görə, ƏMDK-nin kadastr xidmətinin rəisi Yerquruluşu İnstitutuna müdaxiləsini davam etdirir kiÖ bu da böyük narazılıqla qarşılanmaqdadır.

Məlumat üçün bildirək ki, Yerquruluşu İnstitutu prezidentin sərəncamı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin balansından alınaraq Əmlak Komitəsinin balansına verildi. Və bundan sonra özünü bu institut üzərində hakimi-mütləq kimi hiss edən Ramiz Quliyev də qurumun strukturunda çalışanlara öz şərtlərini diqtə etməyə başlayıb.

Məlumatlı mənbə dia.az-a bildirir ki, Ramiz Quliyevin Yerquruluşu İnstitutunda kadr siyasətinə nəzarət etmə istəyi əslində daha çox maddi maraqlara söykənir: «Hər halda, Ramiz Quliyev bu gün həmin institutun fəaliyyət spesifikasına tamamən yad olan birisi olsa da, kadr bazasını formalaşdırma cəhdində bulunur ki, bu da sırf olaraq maddi maraqlara söykənir. Yəni indidən hər kəs Ramiz müəllimin bığının altından keçmə zərurəti hiss edir. \

Amma əslində reallıq tamam fərqlidir. Ramiz Quliyevin bu strukturda kadr islahatı həyata keçirməsinin heç bir hüquqi əsası yoxdur. Bunun adına rəsmən vəzifə səlahiyyətlərini aşma, kobud şəkildə ifadə etsək isə, özbaşınalıq demək olar».

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt