Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dərman mafiyasından dövlətə və millətə zərbə gəldi

Dərman mafiyasından dövlətə və millətə zərbə gəldi


24-02-2015, 15:36
Dərman mafiyasından dövlətə və millətə zərbə gəldi
Manatın məzənninin aşağı düşməsindən sonra ölkədə ciddi qiymət artımı müşahidə olunmaqdadır. Hökümət qiymət artımı ilə bağlı xəbərdarlıqlar etsə də, bir sıra satış müəssisələri məhsulları bahalaşdırıb.

Mia.az-ın məlumatına görə, artıq dərman bazarında da qiymət artımı rəsmiləşib. Belə ki, ölkənin ən böyük dərman deposu olan "Avromed" şirkəti başda olmaqla, bütün firmalar dərmanların qiymətini bahalaşdırıb.

Hazırda depolardan apteklərə çıxan dərmanların qiymətində 24 faiz artım var. Belə ki, bir neçə gün öncə apteklərə minus 12 faizlə çıxan dərmanların 12 faizlik minusu ləğv olunub. üstəlik 12 faiz də artım əlavə edilib.

Geri qayıt