Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Elman Rüstəmovu parçalamaq, tikə-tikə etmək lazımdır, amma…

Elman Rüstəmovu parçalamaq, tikə-tikə etmək lazımdır, amma…


24-02-2015, 14:58
Elman Rüstəmovu parçalamaq, tikə-tikə etmək lazımdır, amma…
DİA.AZ: - Azərbaycan bizim ümumi evimizdir. Yəqin ki, bunun anlamını dərk edirik. Yəni bu evimizə yönələn istənilən bir təhlükənin fərqinə hamılıqla varırıq. Eləcə də xoş anlarını birgə yaşayırıq.

Yəqin ki, belə bir ümumi evini - DÖVLƏTİNİ qurmaq istəyən millətlərin hansı mübarizəyə əl atdıqlarını da izləyirik. Dövləti olaynların dövlətləri naminə, dövləti olmayanların dövlət uğruna nələrə qatlaşdıqlarını da yaxşı bilirik. \

Elə bizlər də bir millət olaraq yaxın keçmişimizdə, lap elə köhnələrdə bu cür mübarizələrə çox qatlaşmışıq.

Bəli, bir millət olaraq…

Amma bu dəfə MİLLƏT ola bilmədik…

Və manatın məzənnəsinin aşağı salınması fonunda yaşadıqlarımız bizim bir MİLLƏT olaraq böyük bir ayıbımızı üzə çıxarmış oldu.

Bəs, müharibə olsa idi, nə edərdik?

Qardaşlar, dövlətin hər cür halı olur. Dövlət kasıb da ola bilər, zəngin də. Necə ki, insan, eləcə də insanların təşkil etdiyi dövlət… Yəni bizim ümumi sifətimiz, halımız olan Azərbaycan dövlətini bu gün idarə edənlər əgər bir qərarı veriblərsə və bu qərar ümummilli əhəmiyyət daşıyırsa, deməli, acısını belə millət olaraq kişi kimi qarşılamaq zorundayıq.

Mən iddia etmirəm ki, bu qərar doğrudur və yaxud da mən iddia etmirəm ki, bu qərar yanlışdır. Çünki ən azından iqtsadçı deyiləm.

Doğrudur, bir vətəndaş olaraq bu qərarın fəsadlarını birbaşa olaraq və ən qısa zamanda hiss etdim.

Amma məni ağrıdan bu dönəmdə BİZİM ÖZ DAVRANIŞIMIZDIR…

PREZİDENTİN TƏYİN ETMƏDİYİ ayrı-ayrı iş adamları tam şəkildə, az qala səfərbər olunmuş qaydada ortaya öz ebyəcərliklərini qoymuş oldular. Onları ki, prezident təyin etməyib…

Yəni əgər iş məmurlardadırsa, tamam, sizinlə razıyam…

Problem bizim özümüzdə idi…

Bir daha vurğulayıram, dövlətin hər xür halı olar. Və dövlət vətəndaşın sosial, siyasi həyatı ilə bağlı hər cür qərar verə bilər.

Hər birimiz bu qərara uyğun olaraq ortaya bir VƏTƏNDAŞLIQ mövqeyi qoymalı idik.

Dollar qalxanda əslində bizdən daha çox tələb olunanı da bu idi…

Bizlər bir vətəndaş olaraq ortaya KİMLİYİMİZİ qoymalı idik.

Amma ortaya çıxan mənzərə ağrılı idi.

Marketlər, spuermarketlər qapılarını bağladılar. Hər gün… onlardan hətta nisyə çörək alan alıcılarının üzünə belə qapılarını bağladılar.

Bunlar bir yana, apteklər belə qapılarını bağladı.

ƏSL FACİƏ İDİ…

Sabah müharibə olsa, nə edəcəklər, bu sürü-sürü sahibkarlar…

Bir neçə günlük qazancları naminə DÖVLƏTİN ittihamına rəvac verdilər. Bir neçə günlük mənfəətləri uğruna millətə arxa çevirdilər.

Ağrılı olanı bu idi.

İndi nə qədər istəyirsinizsə, Elman Rüstəmovu parçalayın…

Amma dönüb özümüzə də baxmayılıq. Kimik, hara gedirik….

Məhəmməd ƏRSOY
dia.az-ın baş redaktoru

Geri qayıt