Əsas Səhifə > Güney Press, Gündəm, Manşet > Cəmşid Naxçıvanski adına Hərbi Liseydə acınacaqlı vəziyyət yaranıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə acınacaqlı vəziyyət yaranıb


20-02-2015, 10:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə acınacaqlı vəziyyət yaranıb
DİA.AZ: - Redaksiyamıza yazan və altından "C.Naxçivanski adına Hərbi Liseyin müəllimlər heyəti" imzasını qoyan müəllif(lər) sözügedən hərbi məktəbdə yaşanılan neqativ hallardan şikayətçidir. Eyni zamanda da konkret ittihamların yer aldığı müraciəti DİA.AZ olaraq diqqətinizə təqdim edirik:
"Bildiyiniz kimi Cəmşid Naxçıvanski adına Hərbi Lisey 1971-ci ildə Ulu Öndər və dahi siyasətçi olan Heydər Əliyev tərəfindən təməli qoyulmuş, həyatda olduğu müddət ərzində daima onun diqqət mərkəzində olmuşdur. Ulu Öndər demişdir ki, C.Naxçıvanski adına Hərbi Liseyə mənim övladım kimi baxıram. Ulu öndərin uzaqgörənliyi nəticəsində bu gün müstəqil Azərbaycanın ordu sıralarında peşəkar zabitlərin yetışməsində bu liseyin əhəmiyyəti olduqca böyükdür. Bir sözlə bu məktəbi yaratdığın üçün sənə minnətdarıq, ruhun şad olsun.
Liseydə təlim tərbiyə işində müəllimlərin əməyi danılmazdır. Onlar Liseydə təhsil alan kursantlar üçün həm müəllim, həm də bir valideyndirlər.
Hörmətli həmfikirlərim bildirmək istəyirik ki, Ulu öndər həmişə müəllim heyətinin əməyini yüksək qiymətləndirmişdir.
Bu müraciəti ürək ağrısı ilə bildirmək istəyirik. Çünki bu gün C.Naxçıvanski adına Hərbi Liseydə Ulu öndərin dediyi kimi, “Gənclərə vətənpərvərlik ideyasını aşılamaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur” devizinə əməl olunmur. Belə ki, Liseydə rüşvətxorluq baş alıb gedir. Haqqını tələb edən insanlara müəyyən təzyiqlər olunur.
Əvvəllər işə götürülərkən savadlı müəllimlərə üstünlük verilirdisə, indi cibi pul ilə dolu olan müəllimlərə üstünlük verilir. Ən sonuncu işə götürülən müəllimlər sınaq dərslərini verdikdə, pulla götürülən müəllimlərin elmi cəhətdən zəif olduqları bölmə rəisinə bildirildikdə o, “biri tədris şöbə rəisinin qohumudur, o biri isə mənim adamımdır” deyərək cavab verirdi. Belə müəllimlərə kiminsə adamı olduqları üçün daha çox dərs saatı verilir, digər savadı olan müəllimlərin isə dərs saatları azaldılır. Kim bölmə rəisinə cibi dolu yaxınlaşırsa, o da daha çox dərs saatı alır. Liseydə elə müəllimlər var ki, pul ilə və ya başqa vasitələrlə ixtisasına baxmayaraq işə götürülüblər.
Və budur ki, dərs vaxtı kursanta boynunu və belini masaj etdirən müəllimdən nə gözləmək olar. Sizin fikrinizcə bu hərəkətlər kursantların əxlaqına necə təsir göstərə bilər?
Hərbi Lisey rəisinin MTT üzrə müavini, bölmə rəisi və Həmkarların sədri artıq əlləri rüşvət çirkabına batmış insanlardır və rəhbərlik yeni işə götürülən müəllimləri onların vasitəsi ilə qəbul edir.
Əfsuslar olsun ki, kurs rəisi polkovnik-leytenant Ramazanov Valehin dövründə attestat üçün hər kursantdan 150 manat yığılmışdır. Lisey rəhbərliyinə bu barədə məlumat verilsə də, o buna məhəl qoymadı və səsinizi çıxarsanız işinizdən azad olarsınız dedi.
Həmkarlar İttifaqı mülki işçilərin hüququnu qorumaq əvəzinə qanunsuz işlərlə məşğuldur. Belə ki, yanındakı işçisinin maaş kartını alıb verməyib. Səbəb isə onu işə götürərkən ondan tələb etdiyi məbləği verə bilməməsidir. Həmkarların sədri müəllimlərin arxasınca böhtan atmaqdan belə çəkinmir. Belə ki, müəllimlərdən bəzilərinin ünvanına “o Dubaya gedir, o əxlaqsızdır” kimi xoşagəlməz ifadələr işlətməkdən çəkinmir. Əgər o, müəllimlərin arxasınca böhtan atarsa, xoşagəlməz ifadələr işlətməkdən belə çəkinmirsə biz müəllimlərin hüququnu necə qoruya bilər?
Ümumiyyətlə lisey rəisinin MTT üzrə müavini, bölmə rəisimiz, Həmkarların sədri və Kadrlar rəisi camaatın qanına susamış cəlladlar kimi meydan sulayırlar. Soruşmaq istəyirəm ki, bu kimi neqativ halları Lisey rəhbərliyi görmür?
Cavabı tapmaq üçün cox fikirləşməyə ehtiyac qalmayacaq. Çünki o özü onları məcbur edir ki, onlar rüşvət alıb ona versinlər. Lakin bu qanunsuz tələblər onların məsuliyyətdən boyun qaçırmaqlarına səbəb deyil.
Bu yaxınlarda iclas oldu. Fikirləşirdik ki, iclasda gələcəyin zabitləri olacaq gənc kursantlara hansısa yeni tədris vasitələrindən, metodikalarından istifadə etməklə daha yaxşı nəticə əldə etmək məsələlərinə baxılacaqdır. Amma əfsuslar olsun ki, hecdə fikirləşdiyimiz kimi olmadı. Bir müəllimi müzakirəyə çıxardılar. Səbəb isə onun bəzi neqativ hallarla razılaşmamağıdır. Demək ki, Liseyin rəhbərliyinə daha yaxşı düşüncəli insanlar yox, əliəyri onunla hər qanunsuz hərəkətlərə göz yuman insan lazımdır. Bir müddət əvvəl rüşvətxorluq üstündə liseydən göndərilmiş adamı belə təkrar işə götürməyə belə çəkinməmişdir.
Ulu Öndər və dahi siyasətçi olan Heydər Əliyev tərəfindən təməli qoyulmuş hərbi liseyin komandanlığı həmin təhsil ocağının məhz onun əməyi nəticəsində yaranıb fəaliyyət göstərməsindən və liseyin toxunulmazlığını fikirləşib istıfadə edərək uzun müddət ərzində bu cür çirkin əməllərə yol vermişlər. Bəs sabiq Müdafiə naziri hansı səbəblərə görə buna göz yummuşdür?
İnanırıq ki, bizim haqq səsimizə haqq verəcəksiniz. Biz ümidsiz deyilik. Son günlər Hərbi lİseydə gedən yoxlamalardan bildik ki, yuxarı rəhbərliyin burada gedən işlərdən xəbəri var, vaxtı ilə gizlədilmiş və göz yumulmuş qanunsuz əməllərin qarşısının alınması üçün tədbirlər görülür.
Yeni təyin olunmuş Müdafiə nazirindən və onun komanda heyətindən razıyıq. Onun ordu quruculuğundakı əməyi danılmazdır.
Cənab Nazir biz istəməzdik ki, Ulu öndər tərəfindən təməli qoyulmuş bir məktəbin adı rüşvətxorluqla, neqatif hallarla çəkilsin. Gənclərimizə vətənpərvərlik, tərbiyə əvəzinə rüşvətxorluq öyrətsinlər.
Hər şeydən əvvəl biz anayıq, onlar bizim övladlarımızdır.
Biz, Ali Baş Komandanla, cənab Nazir və onun komanda heyəti ilə fəxr edirik. Sizlər Millətimin Xalqımın, ən laəyaqətli oğullarısınız.
İnanırıq ki, bu liseydə də bir gün hər şeydən əvvəl Vətəni düşünən insanlar gənc kursantlarımızı vətənpərvərlik ruhunda yetişdirmək üçün çalışaçaqlar.
Hər sey Sizin bu hadisələri dərindən araşdırıb, düzgün qiymət verməkdən asılıdır".

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Geri qayıt