Əsas Səhifə > Güney Press, Reklam > Azərbaycan iqtisadiyyatında Azercell-in investisiyaları 2 milyard dolları ötüb

Azərbaycan iqtisadiyyatında Azercell-in investisiyaları 2 milyard dolları ötüb


18-02-2015, 15:10
Azərbaycan iqtisadiyyatında Azercell-in investisiyaları 2 milyard dolları ötüb
2014-cü ildə Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” ölkənin telekommunikasiya sektorunun inkişafına 2013-cü ildəki 84,5 milyon manata nisbətdə 57 milyon manat sərmayə qoyub.

Bu barədə çərşənbə günü “Azercell” şirkətinin prezidenti səlahiyyətlərinin icraçısı Vahid Mürsəliyev ötən il operatorun fəaliyyətinin yekunları üzrə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı fəaliyyətinin son 18 ili ərzində şirkətin ölkə iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 1,67 milyard manat təşkil edib.

2014-cü ildə şirkət Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 112 milyon manat ödəyib. Ölkədəki fəaliyyətinin bütün dövrü ərzində şirkətin vergi ödənişləri 1,11 milyard manat olub.

Geri qayıt