Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda rüşvət xəstəliyinin mənbəyi olan xəstəxana

Bakıda rüşvət xəstəliyinin mənbəyi olan xəstəxana


17-02-2015, 13:43
Bakıda rüşvət xəstəliyinin mənbəyi olan xəstəxana
Bakının Xətai rayonu ərazisində, Babək prospekti 11 a, 2376-cı məhəllədə, gözdən iraq bir yerdə sovetlər dönəminin ən böyük xəstəxanası yerləşir. Azərsutikinti Xəstəxanasının yerləşdiyi ərazi hektarlarla yaşıllıq ərazi ilə əhatə edilirdi. Ona görə, edilirdi yazırıq ki, bu xəstəxananın ərazisi, yaşıl şam ağacları zaman-zaman zəngin adamlara, yüksək dövlət məmurlarına satılıb və onlar da yerində villalar tikiblər. Azərsutikinti Xəstəxanasında 100-ə yaxın məcburi köçkün ailəsi məskunlaşıb. 1993-cü ildən bəri burada məskunlaşmış məcburi köçküunlərin yaxın zamanlarda yeni mənzillərlə təmin edilməsinə dair isə heç bir rəsmi bilgi yoxdur.

Bakıda rüşvət xəstəliyinin mənbəyi olan xəstəxana

Bu günlərdə GUNDEMİNFO.AZ-ın əməkdaşları adıçəkilən səhiyyə oğacında olublar. Görüdkləri isə sadəcə dəhşətli mənzərədir.

Buraya daxil olarkən rüşvət başlayır. Söhbət xəstəxananın binasına yox, həyətinə giriş üçün xəstə gətirmiş vətəndaşların hər birindən 1 manat alınır. Hər bir sürücü giriş üçün verdiyi bir manatın kimin cibinə getdiyini müəyyən edə bilmir. Xəstəxananın həyətində isə xəstələri daha bir «sürpriz» gözləyir. Burada hər bir addımda rüşvət var. Əgər Azərsutikinti Xəstəxanasında xəstəniz xəstəlik tarixçəsi ilə yerləşdirilibsə, girişdə pul ödəməlidir. Yəni xəstə yanına gələn şəxslərlə hər hansı bir görüş problemi yoxdur.

Bakıda rüşvət xəstəliyinin mənbəyi olan xəstəxana

Araşdırmalarımız zamanı bəlli olub ki, əslində adıçəkilən səhiyyə ocağında rəsmi ştatda olan həkimlərin cəmi 30 faizi burada işə gəlir. Məsələn cərrahiyə şöbəsində yerləşən 8 həkim otağından iş saatlarında yalnız 3-ü açıqdır və həkimlər iş yerindədir. Bəzi həkim otaqlarının qapısına isə hansısa özəl klinikada xəstələri qəbul etməsinə dair elanlar yazılıb. Burada rəsmi ştatda olan həkimlərin çoxu digər özəl klinikalarda qəbul keçirirlər. Onların adının işdə getməsindən isə yəqin ki, baş həkim qazanır.

Rəsmi sənədlərdə bu xəstəxana Azərsutikinti Trestinin balansındadır.

Buranın təmir edilməməmsi də böyük bir problemdir. Məsələn bu xəstəxananın həyətindəki dərin çuxurlar xəstələr üçün ölüm tələsidir. Dəfələrlə mətbuatda da faktlar yayılıb ki, burada xəstələr həmin çuxurlara düşüb ya ağır bədən xəsarətləri alıblar, ya da dünyalarını dəyişiblər. Burada sağalmaq üçün gələnlərin başına gələn bəlalar bununla da bitmir. Xəstələr üçün hətta reanimasiya otaqlarında belə pəncərələrin şüşüləri yoxdur. Xəstələr təmiz yataq dəsti almaq üçün həkim köməkçilərinə 20-30 manat ödəməli olurlar.

Burada ən bahalı «xidmət» diaqnoztikadır. Yəni bura müraciət edən xəstələr diaqnoz almaq üçün əvvəlcə həkim köməkçisini «görməlidir». Daha sonra isə müayinə zamanı rentgen aparatlarına yollanırlarsa, konkret olaraq 15 manat boyun rentgeni, 20 manat kəllə-baş rentgeni üçün pul ödəməlidirlər. Bu pulu ödəmək istəməyənlər və ödəyə bilməyənlərə rentgenin cavabları verilmir. Məsələn fevralın 15-də tikintidə işləyən bir fəhlə bədən xəsarətləri ilə rentgendən keçmək üçün həkimlər tərəfindən zirzəmidəki rentgen otağına yollanılmışdı. Ağır vəziyyətdə olan xəsarətli fəhlədən zorla pul istəyirdilər.

Bakıda rüşvət xəstəliyinin mənbəyi olan xəstəxana

Rentgendə işləyən tibb bacısı israrla onlara 15 manat alınması barədə göstəriş verildiyini deyirdi. Həmin dialoq belə oldu:

Xəstənin yaxını:

- Mən niyə bura pul ödəməliyəm, bura özəl xəstəxanadır?

Tibb bacısı:

- Siz orada pulsuz işləyirsiniz. Kiminsə evini pulsuz təmir edirsiniz?

Xəstənin yaxını:

- Axı bura dövlət xəstəxanasıdır, biz fəhlə adamıq, pulumuz hardandır?

Tibb bacısı:

- Bizə belə göstəriş verilib ki, burada xəstəlik tarixçəsi olmayanların hər birindən 15 manat ödəniş alınmalıdır.

Bakıda rüşvət xəstəliyinin mənbəyi olan xəstəxana

Maraqlıdır ki, əməkdaşlarımızın gözləri önündə rentgen şöbəsində işləyən qadınlar xəstələrdən zorla pul istəyirlər. Və bunu açıq şəkildə rəhbərliyin adı ilə bağlayırdılar. Hələ üstəlik bu rentgen otağının özünün rentgenə ehtiyacı varmı, yoxmu dəqiq deyə bilmərik. Amma bir fakt dəqiqdir ki, bu xəstəxanada tam bir cəngəllik şəraiti hökm sürür. Bütün rentgen aparatları köhnə dağılmış binanın zirzəmisində, gözdən uzaqn yerdə yerləşdirilib. Xəstələr rentgen olunmaq üçün ağır şəraitdə olsalar belə uzun pilləkənlərlə aşağı düşüb, yuxarı qalxmağa məcbur edilir. Səbəbi yəqin ki, dəyərli oxucularımıza bəllidir. Rüşvət almaq üçün gizli bir məkan.

Bakıda rüşvət xəstəliyinin mənbəyi olan xəstəxana

Söhbətləşdiyimiz xəstələr deyir ki, belə bir şəraitin mövcud olmasında yəqin ki, baş həkim özü də maraqlıdır. Araşdırmalarımız göstərir ki, Azərsutikinti Tresti son 10 ildəburanın təmirinə 1 qara qəpik də sərf etməyib.

Geri qayıt