Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Vaqif Axundovun idarəsində “xırda korrupsiya” – Milli Qəhrəmanın ruhunu incidən kimdir?

Vaqif Axundovun idarəsində “xırda korrupsiya” – Milli Qəhrəmanın ruhunu incidən kimdir?


9-02-2015, 15:17
Vaqif Axundovun idarəsində “xırda korrupsiya” – Milli Qəhrəmanın ruhunu incidən kimdir?
DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovla bağlı sosial şəbəkələrdə ilginc faktlar açıqlanıb. Bu barədə DİA.AZ-ın məlumatında deyilir ki, generalı ifşa edən narazı vətəndaş Vaqif Axundovdan bir sıra dövlət qurumlarına şikayət etsə də, müraciətlərinin cavabsız qaldığını da bildirib. Buna görə də, narazı vətəndaş elə XDMX rəisinin özünə müraciət etmək qərarını verib.

Dia.az həmin müraciətin bəzi məqamlarını təqdim edir: “Bildiyiniz kimi qarşıdan gələn fevral ayının 24-ü günü Milli Qvardiyanım sabiq komandiri, Milli Qəhrəman - Şəhid Əfqan Hüseynovun anadan olmasının ildönümü günüdür.

Sizə müraciət etməkdə məqsədim qarşıdan gələn 24 fevral tarixi günü - Milli Qəhrəman-Şəhid Əfqan Hüseynovun anadan olmasının ildönümü günü ərəfəsində, sizin müavininiz - Milli Qvardiyanın hazırkı komandanı general-mayor Akif Yusifov tərəfindən, Şəhid Əfqan Hüseynovun Milli Qvardiyanın ərazisindəki büstü və Şəhidlər xiyabanındakı məzarı adından istifadə etməklə dövlət əmlakının bir daha qanunsuz mənimsəməsinin qarşısının alınması üçün lazımi tədbirlər görməyinizdir.

Bu şəkillərdə görünən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Milli Qəhrəman, mayor Əfqan Hüseynovun büstüdür. Həmin büst Əfqan Hüseynovun vaxtı ilə komandiri olduğu Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının ərazisindədər. Milli Qvardiyanın hazırkı komandanı general-mayor Akif Yusifov hər il bayram günlərində və Milli Qvardiyada keçirilən tədbirlərdə Səhid Əfqan Hüseynovun büstü önünə qoymaq adı ilə ildə bir necə dəfə və hər dəfə 10 ədəd qızılgülün dövlət vəsaiti hesabına şişirdilmiş qiymətə alınmasını (holland qızılgülü adı ilə) sənədləşdirir. 1-ədəd qızılgülün qiyməti 6- manat hesabı ilə. Halbuki, Bakı şəhərində həmin güllərin 1-ədədinin pərakəndə satış qiyməti 3-4 manatdan baha deyil. Həmçinin hər dəfə büstün önünə 10 ədəd əvəzinə 6 ədəd qızılgül alınaraq qoyulur. Qalan 4-ədəd qızılgülün pulu mənimsənilir. Beləliklə alınan qızılğüllərin həm qiyməti şişirdilir, həm də rəsmi sənədlərdə göstərildiyindən az sayda alınır. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidin büstü adından istifadə edilməklə dövlət büdcəsi mənimsənilir.

Bununla bağlı XDMX-nin rəisi Vaqif Axundova rəsmi məlumat verilməsinə baxmayaraq Vaqif Axundov şəhid adından istifadə etməklə mənimsənilən dövlət əmlaklnın həcminin az olmasını hesab etdiyini və bu və bu kimi faktları korrupsiya hesab etmədiyini bildirərək həmin məlumatları gizlədir və həmin məlumatlar barədə ona rəsmi raportla məruzə etmiş hərbi qulluqçunu isə tutduğu vəzifədən kənarlaşdırır”.

Dia.az bildirir ki, şikayət məktubunun davamında deyilir: “Analoji hallar Milli Qvardiyanın komandanı Akif Yusifov tərəfindən hər il "20 yanvar" ümümxalq hüzn günü Şəhidlər xiyabanındakı şəhid məzarlarının ziyarəti zamanı, 2-ci Fəxri Xiyabanda dəfn olunan Milli Qvardiyanın məhrum komandanı general-mayor Tofiq Rəsulovun məzarının ziyarəti zamanı, Milli Qvardiyanın qərərğahının qarşısındakı Heydər Əliyevin abidəsinin ziyarəti zamanı(ildə bir neçə dəfə), 1-ci Fəxri Xiyabanda keçirilən ziyarət tədbirləri zamanı da tətbiq olunur. Bunları da hesaba alsaq həmin korrupsiyanin həcmi daha da genişlənir. Bütün bunlar barədə XDMX-nin rəisi Vaqif Axundova rəsmi məlumat verilmişdir. Amma XDMX-nin rəisi Vaqif Axundovun təbilincə desək, “burada nə var ki, bu cur xırda mənimsəmələr korrupsiya hesab edilmir”.

Görəsən korrupsiya necə olur?

Fevral ayının 24-ü - Milli Qəhrəman-Şəhid Əfqan Hüseynovun anadan olmasının ildönümü günü yaxınlaşır. Heç olmasa həmin gün ərəfəsində Şəhid Əfqan Hüseynovun məzarı və büstü adından istifadə edilməklə dövlət əmlakının talanmasına - korrupsiyaya şərait yaratmayın. Onun və digər Şəhidlərn ruhlarını sakit buraxın. Axı onlar sizlərin və bizlərin Vətəni, torpağı üçün canlarından keçiblər. Axı siz və sizin müavininiz general-mayor rütbəli Akif Yusifov həmin şəhidlərin sayəsində həmin vəzifələrdə oturmusunuz....... Heç olmasa buna görə onların ruhlarına hörmətlə yanaşmağı bacarın”.

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Vaqif Axundovun idarəsində “xırda korrupsiya” – Milli Qəhrəmanın ruhunu incidən kimdir?
Vaqif Axundovun idarəsində “xırda korrupsiya” – Milli Qəhrəmanın ruhunu incidən kimdir?
Vaqif Axundovun idarəsində “xırda korrupsiya” – Milli Qəhrəmanın ruhunu incidən kimdir?
Vaqif Axundovun idarəsində “xırda korrupsiya” – Milli Qəhrəmanın ruhunu incidən kimdir?
Geri qayıt