Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saatlıda icra başçısının qəribə "mübarizə metodu" - Şikayətçilər çarəsiz qalıb...

Saatlıda icra başçısının qəribə "mübarizə metodu" - Şikayətçilər çarəsiz qalıb...


9-02-2015, 14:30
Saatlıda icra başçısının qəribə "mübarizə metodu" - Şikayətçilər çarəsiz qalıb...
Saatlının icra başçısı şikayətçilərin səsini kəsmək üçün yeni vasitəyə əl atıb. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarov ondan yardım istəyən rayon sakinlərini qəbul edərək, sonra da onları hədələyir.

Məlumata görə, bu yaxınlarda Cabbarov rayon sakini Əliquliyev Murad Faiq oğlunu yanına çağırtıdıraraq, ondan bundan sonra Saatlı ilə bağlı şikayət etməməsini tələb edib. Daha sonra isə polis işçilərini otağına çağıraraq, onlardan Əliquliyevi həbs etmələrini tələb edib. Hətta onu da deyib ki, bunun üçün başqa səbəb axtarmaq lazım deyil. Çünki icra başçısı otağında yaxasını cıra biləcəyini və bunun da həbs üçün tutarlı səbəb olduğunu deyib.

JAM.AZ-a verilən məlumata görə, məsələnin kökü Murad Əliquliyevin poçtdan şikayət teleqramı vurmaq istəməsi olub. Belə ki, Saatlı Mərkəzi Poçtundan Bakıya Siraqəddin Cabbarovla bağlı şikayət teleqramı vurmaq istəyən rayon sakini ilk olaraq poçtun müdiri Seyran Ağayevin hədəsinə tuş gəlib. Məlumatda qeyd olunur ki, Seyran Ağayev M.Əliquliyevin qolundan tutaraq, poçtun binasından çıxarıb. Və sonra deyib ki, onun rəhbəri olduğu qurum vasitəsi ilə Bakıya icra başçısı ilə bağlı şikayət göndərmək qadağandır. O hətta deyib ki, bu tapşırıq ona birbaşa icra başçısı Siraqəddin Cabbarov və müavini İlham Quliyev tərəfindən verilib.

Rayon sakini əlacsızlıqdan Sabirabada üz tutaraq, oradan poçt vasitəsi ilə Bakıya teleqram vurmalı olub. Bunun ardından da Siraqəddin Cabbarov onu yanına çağırtdıraraq, yuxarıda qeyd etdiyimiz formada hədəlyib.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt