Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ucar sakinlərindən Azad Rəhimova ağıllı məsləhət - «Dövlətin pullarını daha da səmərəli xərcləmək olar»

Ucar sakinlərindən Azad Rəhimova ağıllı məsləhət - «Dövlətin pullarını daha da səmərəli xərcləmək olar»

6-02-2015, 12:29
Ucar sakinlərindən Azad Rəhimova ağıllı məsləhət - «Dövlətin pullarını daha da səmərəli xərcləmək olar»
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Ucar rayon sakinləri rayondakı futbol meydançasının təmir olunması üçün Gənclər və İdman Nazirinə xahişlə müraciət ediblər.

Amma anlaşılanı odur ki, o qədər də böyük vəsaitin tələb olunmadığı təmir işləri əvəzinə nazirlik yeni stadionun tikilməsi qərarını verib və Ucar sakinləri bunun üçün 2018-ci ili gözləməlidirlər.

Bu isə ucarlıları razı salmayıb və yenidən rayon gəncləri adından Ucar sakini Vasif Abdullayev DİA.AZ-a müraciət ünvanlayıb.

Müraciətində qaldırdığı problemin həlli ilə bağlı narazılıqlarını ifadə edən vətəndaş bildirir ki, əslində köhnə stadionu təmir etdirmək və daha az pul cərləmək ən doğru olanıdır, nəinki nazirliyin verdiyi qərar.

Onu da bildirək ki, «Azad Rəhimova müraciət edərək bildiririk ki, dövlətin pullarını daha səmərəli formada xərcləmək olar» deyən narazı vətəndaş DİA.AZ-a həmçinin Ucarın futbol meydançasının hazırki görüntülərini də yollayıb.

Geri qayıt