Əsas Səhifə > Güney Press, Reklam > Bakcell virtual futbol çempionatına start verir

Bakcell virtual futbol çempionatına start verir


3-02-2015, 17:11
Bakcell virtual futbol çempionatına start verir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün “Futbol Bakcell ilə” layihəsi çərçivəsində yeni bir fəaliyyətə start verir.

2015-ci ilin fevral-aprel aylarında keçiriləcək “Bakcell Virtual Futbol Çempionatı”nda paytaxt və bölgələrdə yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri iştirak edə bilər.

Virtual Futbol Çempionatı (PES) müvafiq oyun cihazları vasitəsilə keçirilən virtual futbol turniridir.

Turnir Bakıda (20–23 fevral), Sumqayıtda (28 fevral–1 mart), Zaqatalada (7–8 mart), Qəbələdə (14–15 mart), Şəkidə (21–22 mart), Lənkəranda (28–29 mart), Mingəçevirdə (4–5 aprel), Gəncədə (11–12 aprel) baş tutacaq.

Respublikanın müxtəlif bölgələrində keçiriləcək çempionatın regionlar üzrə qalibləri arasında final oyunları isə aprelin 26-da Bakı şəhərində təşkil olubacaq.

Turnir haqqında iştirakçılara ətraflı məlumat vermək üçün tədbirin təşkilati komandası adiçəkilən bölgələrə səfər edərək burada promo-kampaniyalar keçiriləcək. Bundan başqa, hər bir regionda iştirakçıların qeydiyyatı üçün stend quraşdırılacaq.

Dərs prosesinə mane olmamaq üçün turnirlər şənbə və bazar günləri şəhərlərin mərkəzlərində yerləşən orta məktəblərdə və ya idman komplekslərində baş tutacaq. Turnir haqqında əlavə məlumat əldə etmək üçün: http://pes2015.bakcell.com/az/

Geri qayıt