Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Nazirin bacısı oğlu idarə və müəssisə rəhbərləri qarşısında qeyri-adi şərt qoydu

Nazirin bacısı oğlu idarə və müəssisə rəhbərləri qarşısında qeyri-adi şərt qoydu


3-02-2015, 14:12
Nazirin bacısı oğlu idarə və müəssisə rəhbərləri qarşısında qeyri-adi şərt qoydu
DİA.AZ: - «Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seiydəliyev bu günlərdə idarə və müəssisə rəhbərlərini yığaraq onlara ciddi tapşırıq verib». Bu sözlər DİA.AZ-a daxil olan şikayət məktubunda yer alıb.

Özünü Ağsuda vəzifə tutan şəxs kimi təqdim edən müraciət müəllifinin redaksiyamıza yızdığına görə, Ənvər Seyidəliyev idarə və müəssisə rəhbərlərinə ciddi xəbərdarlıq edib. Dia.az-a daxil olan müraciətdə deyilir:

«Ənvər Seyidəliyev bizə bildirdi ki, hansı məmurun barəsində mətbuatda şikayət gedəcəksə, dərhal vəzifəsindən azad olunacaq. Toplantıda bütün idarə və müəssisə rəhbərləri iştirak edirdi. Hətta səhiyyə, təhsil və maliyyə idarələrinin müdirləri də var idi».

Mənbənin bildirdiyinə görə, Ənvər Seiydəliyevin bu təlaşı son günlər yerli KİV-lərdə Ağsu RİH rəhbəri ilə bağlı tənqidi xarakterli materialların sayının artması ilə əlaqədardır: «Güman edirik ki, Ənvər müəllim onun barəsində, onun rəhbərlik etdiyi rayon barəsində şikayətlərin mətbuata çıxmasının təkcə ona yox, həm də bacısı oğluna - əmək və əhalinin sosial-müdafiəsi naziri Səlim Müslümova problem yaratdığını zənn etdiyindən belə bir qərarı verib».

Bütün bu iddialarla bağlı adları çəkilən şəxsləri də dinləməyə hazırıq…

Geri qayıt