Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Haqqı tapdanan vətəndaş Milli Təhlükəsizlik Nazirinə müraciət etdi

Haqqı tapdanan vətəndaş Milli Təhlükəsizlik Nazirinə müraciət etdi


28-01-2015, 13:51
Haqqı tapdanan vətəndaş Milli Təhlükəsizlik Nazirinə müraciət etdi
DİA.AZ: - Redaksiyamıza Suraxanı rayon sakini Nağı Allahverdi Əli oğlu tərəfindən şikayət məktubu daxil olub. DİA.AZ-a yazan şikayətçi bildirir:

““Azəriqaz” İstehsalat Birliyinin struktur dəyişikliyi adı altında ixtisara düşmüş qızımla bağlı mən Bakı Şəhəri Suraxanı rayon məhkəməsinə Suraxanı rayon QİS-nin rəisi Hacı Şahbazovun 30.05.2014-cü il tarixli 74/k saylı əmrinin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdim.

Suraxanı rayon məhkəməsinin 23.07.2014-cü il tarixli 2(010)-4562/2014 saylı qətnaməsi ilə N.Nağıyevanın iddia tələbi təmin edilməmişdir. Suraxanı rayon məhkəməsinin qətnaməsindən N.Nağıyeva tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 28.11.2014-cü il tarixli 2(103)-5927/2014 saylı qətnaməsi ilə təmin edilərək onun tutduğu peşəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Bununla bağlı “Azəriqaz” İB-nin Baş Direktoru Ə.Hacıyevin imzasıyla 12.01.2015-ci il tarixdə Suraxanı QİS-nin rəisi Hacı Şahbazova məktub göndərilib.

Məktubda bildirilir: “Yuxarıda göstərilən məhkəmə qətnaməsinin icrası olaraq N.Nağıyevanın əvvəlki peşəsinə bərpa olunması həmin peşənin mövcud olmadığı təqdirdə isə tutduğu peşəyə uyğun işə bərpa olunması və məktubun icrası barədə Azəriqaz İb-nə məlumat verilməsi sizə tapşırılır”.

Bununla əlaqədar Suraxanı rayon QİS-nin rəisi məni və qızımı idarəyə dəvət etdi. Orada bizə boş yerlərin siyahısını oxudu. Biz Qazın qəbulu və satışı şöbəsində texnik yerini qəbul etsək də, Hacı Şahbazov həmin yerdə işləməyə əlimizdə olan diplomu qəbul etməyərək bildirdi ki, ora ali təhsil lazımdır. Həmin yerin əvəzinə bizə qaz qəza xidmətində telefoncu işini təklif etdi. Həmin iş növbəli olduğuna görə biz onu qəbul etmədik. Çünki orada iş iki növbəlidir. Birinci növbə səhər saat 8-00-dan axsam saat 20-00, ikinci növbə isə axşam saat 20-00-dan səhər saat 08-00-dəkdir. Hansı ki Hacı Şahbazov bilməlidir ki, TEXNİK vəzifəsində işləmək üçün ali təhsil tələb olunmur.

"Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Tarif-İxtisas Sorğu Kitabçası (VTİSK)" Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır. Burada da göstərilir ki, Texnik vəzifəsində işləməl üçün orta texniki təhsil lazımdır. Dərəcə diapozonları isə 4-8-dir. Dəfələrlə bununla bağlı Ölkə Prezidentinə, Mehriban xanıma, Neft Şirkətinə müraciət etsək də, məhkəmə qərarı icra olunmur. “Azəriqaz”dan mənə bildirdilər ki, Bakı Apellyasiya Məhkəməsinin qərarını Ali Məhkəmədə ləğv etmək bizim üçün iki vur ikidir.

Suraxanı Qaz İdarəsinin rəhbərliyi isə Azərbaycan respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş A nömrə 024104 saylı diplomu qəbul etmir. Göründüyü kimi həm Məhkəmənin işgüzar nüfuzuna iki vur iki deməklə həm də Təhsil nazirliyi tərəfindən verilmiş diplomu qəbul etməməklə Təhsil Nazirliyini saymamazlıqlarını bildirirlər. Bunların bu əməlindən belə qənaətə gəlmək olarki bunlar artıq Dövlətimizi qanunlarımızı saymır, özlərini dövlət kimi hiss edir və özlərinin qanunsuzluqlarını həyata keçirir.

Mən birbaşa çox hörmətli Milli Təhlükəsizlik nazirimiz Eldar Mahmudova müraciət edərək ondan xahiş edirəm imkan daxilində “Azəriqaz”da hərhansı bir ad altında əməliyyat keçirilməsinə göstəriş versin. Ümid edirəm ki, gec ya tez məsələ həll olunacaq ancaq məsələ həll olunana qədər “Azəriqaz” öz haqsızlığı ilə insanları dövlətçiliyimizdən narazı salacaq. Mən bunu arzu etmirəm”.

Geri qayıt