Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Elşad Abdullayevin qara günləri başlayır - Əmlakına həbs qoyulur

Elşad Abdullayevin qara günləri başlayır - Əmlakına həbs qoyulur


22-01-2015, 14:16
Elşad Abdullayevin qara günləri başlayır - Əmlakına həbs qoyulur
“Elşad Abdullayevə məxsus olan mülklərin üzərinə həbs qoyula bilər”.

Bu sözləri Axar.az-a hüquqşünas Müzəffər Baxışov Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq axtarışa verilən sabiq rektoru Elşad Abdullayevin Bakıdakı mülklərinin aqibəti ilə bağlı danışarkən bildirib.

Hüquqşünas qeyd edib ki, E.Abdullayevə qarşı irəli sürülən iddihamlar çox ciddidir:

“Ona Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə cinayət işi açılıb. Bu maddələrlə bağlı gələcəkdə əgər onun işinə məhkəmədə baxılarsa, mülklərinə qarşı da xüsusi müsadirə tətbiq olunacaq. Bu baxımdan, cinayət işinin istintaqı zamanı əmlakın üzərinə həbs qoyulması üçün müstəntiq vəsatətlə prokurora, prokuror da təqdimatla məhkəməyə müraciət etməlidir. Yalnız məhkəmənin qərarı ilə Elşad Abdullayevə məxsus mülklərin üzərinə həbs qoyula bilər. Hazırda istintaq dövründə bu istintaq hərəkətləri həyata keçirilib, ya yox, bir söz deyə bilmərəm. Bunu artıq cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra bilmək olar”. Qeyd edək ki, “Musavat.com” Elşad Abdullayevə məxsus olan mülkiyyətin siyahısını dərc edib:

- 28 iyul 2007-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsində yerləşən 26 saylı bağ sahəsi;

- 30 noyabr 1996-cı il tarixdən Bakı şəhəri, Səbayel rayonu, Ş.Şamil küçəsində yerləşən 11 saylı evin 8 saylı mənzili;

- 12 aprel 2003-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 609 saylı bağ sahəsi;

- Bakı şəhəri, 7-ci mikrorayon, Binəqədi rayonu, xarici dairəvi 3123-cü məhəllə, 1604-cü keçid 11-də yerləşən Azərbaycan Beynəlxalq Universiteti;

- “Azmap” MMC;

- “ABU İdman Klubu” İB;

- “Beynəlxalq Məktəbəqədər Tərbiyə Məktəbi”;

- “Beynəlxalq Kollec”;

- “Beynəlxalq Ümumtəhsil Məktəbi”;

- “ERA Hüquqi Xidmət” MMC;

- “ERA-XTM” MMC;

- Kipr Türk Respublikasında yerləşən A-9 saylı evin 1-ci mərtəbəsindəki ticarət obyekti (market);

Geri qayıt