Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "KapitalBank"ın filialında aparılan yoxlamalar ilginc faktları üzə çıxarıb

"KapitalBank"ın filialında aparılan yoxlamalar ilginc faktları üzə çıxarıb


21-01-2015, 15:23
"KapitalBank"ın filialında aparılan yoxlamalar ilginc faktları üzə çıxarıb
Kapitalbank-ın İmişli rayon şöbəsində ciddi gərginlik yaşanır. Rayondan GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən bankın adıçəkilən rayondakı filalında aparılan audit yoxlamaları zamanı ciddi pozuntular aşkarlanıb. Rayondakı mənbələrimiz iddia edirlər ki, audit yoxlamalarının nəticəsi olaraq filalın bir sıra işçiləri ilə bağlı olaraq faktlar aşkarlanıb. Məlumata əsasən bankın yerli filalında aparılan audit yoxlamaları zamanı filalın kredit şöbəsinin əməkdaşı Zaur Əzizov və kassiri Seymur Əliyevi vətəndaşların pensiya kartlarını alaraq onlara pul və sələm vermələri uzə cıxıb.Yoxlamalar davam edir. Mövzu ilə bağlı əlavə bilgilər verəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt