Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gədəbəyin icra başçısından şikayət olundu - «Ramiz Yediyarov inkişafı əngəlləyir»

Gədəbəyin icra başçısından şikayət olundu - «Ramiz Yediyarov inkişafı əngəlləyir»


16-01-2015, 13:17
Gədəbəyin icra başçısından şikayət olundu - «Ramiz Yediyarov inkişafı əngəlləyir»
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup Gədəbəy rayon sakini icra başçısı Ramiz Yediyarovun sahibkarlara qan uddurmasından giley edirlər. DİA.AZ-a göndərilən müraciətdə deyilir:

«İcra başçısı Ramiz müəllimin adından bizdən hər ay pul tələb olunur. Bu gün Gədəbəydə bizneslə məşğul olmaq, obyekt işlətmək sərfəli deyil. Dövlətin qanuni vergisini verdiyimiz halda, hər ay icra başçısına da haqq verməliyik.

Bunlar bir yana, dövlət tədbirlərində də bizdən məcburi qaydada müxtəlif yollarla pul yığırlar. Gah 500 manat, gah da 1000 manat. İri obyekt sahiblərindən isə təbii ki, daha çox pul yığılır».

Narazı vətəndaşlar dia.az-a yazırlar ki, Ramiz Yediyarov bu gün Gədəbəydə özünü əməlli-başlı xan kimi aparır: «Kimin obyektini istəsə, yerlə-yeksan edir. Onun qorxusundan hamı məcburi qaydada tələb olunan pulları verməli olur.

Amma əksəriyyət başını götürüb qaçır. Məsələn, keçən il Rusiyadan gələn 4 gədəbəyliyə rayonda şərait yaradılmadığına görə, onlar Şəmkirdə biznes qurdular. Halbuki onların açdıqları obyektlər gədəbəylilər üçün iş yeri ola bilərdi.

Biz mətbuat vasitəsilə, cənab prezidentimizdən kömək istəyirik. Regionların inkişafı bu gün prezidentimizin bir nömrəli siyasəti olduğu halda, Ramiz Yediyarov bu inkişafın qarşısında əngəldir».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt