Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əkbər Hacıyevin işçisi Şamaxı sakinlərini soyuqdan dondurmaq istəyir?

Əkbər Hacıyevin işçisi Şamaxı sakinlərini soyuqdan dondurmaq istəyir?


14-01-2015, 13:08
Əkbər Hacıyevin işçisi Şamaxı sakinlərini soyuqdan dondurmaq istəyir?
DİA.AZ-ın "gundelik-bakı"ya istinadən verdiyi məlumata görə, Şamaxı rayonunda kəndlərin əksəriyyətinə qazın müəyyən edilmiş təzyiqdən xeyli aşağı, yəni cüzi miqdarda verilməsi abunəçilərin ciddi narazılığına səbəb olub. Digər tərəfdən Şamaxının Qurdtəpə, Talışnuru, Dəmirçi kimi bir neçə ucqar kəndi də qaz üzünə həsrətdir. Bildirilir ki, rayon qaz istismar idarəsinin rəisi qaz pulu ödəməyən abunəçilərin acığını bütöv kəndlərə qarşı özbaşına sanksiyalar tətbiq etməklə çıxmağa çalışır. Necə deyərlər, nəticədə qurunun oduna yaş da yanır. Araşdırmalardan sonra məlum olub ki, qazı kəsilən ailələrdə ahıl xəstə və əlil vətəndaşlar da az deyil. Onların hansı günaha görə rəisin qəzəbinə gəlməsi də müəmmalı görünür. Digər tərəfdən, o da aydın olub ki, qazı kəsilən bir çox abunəçilərin heç bir borcu yoxdur. Qaz İstismar sahəsinin qazlı "orijinallıq" nümayiş etdirməkdədir.

Abunəçilərin üstünə qışqırmağı, hətta yumruğunu masasına çırpmağı da qazın rəisi unutmayıb. Lakin unudub ki, qarşısındakı insanların onun yanında heç bir günahı yoxdur. Bu unutqanlığın bədəlini yəqin rəis haçansa ödəməli olacaq. Rayonun qaz təchizatında problemlərin olmadığını tez-tez bəyan edən hirsli rəisin üzünü belə məqamlarda görməyəsən. Ağzı quruya-quruya uğurlarından danışan uğursuzun əsəb dağarcığına çevrilməsi əlbəttə, çox təəssüfləndirici məqamdır. Öz aramızdı, belə rəisin qazı kimin nəyinə lazımdı? Abunəçilər yalnız və yalnız dövlətimizin qazını istehlak etməkdə və buna görə ödəniş aparmaqda maraqlıdırlar. Hər nədisə, şamaxılılar qaz istismar sahəsi rəisinin "qazını" ala bilmir. Bunun üçün hər halda müəyyən hüdudlarda səlahiyyət lazımdır. Səlahiyyəti olanlar isə Ənvər Əliyevin rəhbərlik məharətinə əhsən deməkdən savayı söz tapmır. Qaz idarəsinin rəisi isə bu məqamı əldə rəhbər tutub arxayınlıqla işindədir. Öz müştəriləri ilə asanlıqla dil tapıb güzəranını qurur. Amma "Azəriqaz" rəhbərliyinin Şamaxıdakı qaz olaylarından məlumatlı olması da vacib görünür. Yəqin ki, oralarda tezliklə rəisin "qazını" alan tapılacaq.

Geri qayıt