Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ««Music Gallery»nin arxasında hansı məmur dayanırsa, çıxsın ortaya»

««Music Gallery»nin arxasında hansı məmur dayanırsa, çıxsın ortaya»


30-12-2014, 14:23
««Music Gallery»nin arxasında hansı məmur dayanırsa, çıxsın ortaya»
DİA.AZ: - Keçən günlərdə Bakı sakininin «Music Gallery»dəki özbaşınalıqla bağlı şikayətini diqqətinizə çatdırmışdıq.

Xatırladaq ki, kedaksiyamıza danışan narazı vətəndaş 2014-cü il 19 dekabr tarixində «Music Gallery»nin «28 Mall» Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən dükanından iki ədəd hər biri 129 manata olan planşet aldığını bildirmişdi.

Vətəndaş dia.az-a danışır: «Bu şirkətdən dəfələrlə mal almışam və hansısa problem yarananda 14 gün ərzində aldığım malı geri qaytarma hüququmdan istifadə də etmişəm. Yəni «Music Gallery»ni ciddi bir şirkət kimi qəbul edirdim. Və buna görə də etimad göstərməkdə davam edirdim.

Amma yanılmışam. 19 tarixində aldığım planşetlərdən biri deffektli çıxdığından 25 dekabr tarixində, yəni 6 gün sonra eyni ünvandakı eyni dükana müraciət etdim və malın yenisi ilə əvəzlənməsini tələb etdim.

DİQQƏT! Ehtiyatlı olun: Bakıda müştərilərə fırıldaq gələn şirkət var - «Music Gallery» necə kəf gəlir

Lakin dükanın Faiq Hacıyev adlı müdiri mənə Azərbaycan qanunlarının yox, məhz öz rəhbərliklərinin təlimatının ümdə, əsas olduğunu bildirərək malın ynisi ilə əvəzlənməsindən aşkar surətdə imtina etdi. Və bildirdi ki, bunu rəhbərliyin təlimatı ilə edir. Mən isə Azərbaycan dövlətinin müvafiq qurumlarının, habelə Nazirlər Kabinetinin istehlakçıların hüquqları ilə bağlı qanunlarını, qərarlarını xatırlatsam da, özügedən dükanın birinci siması mənə öz qanunlarının dövlətin qanunlarından üstün olduğunu nümayişkaranə şəkildə bildirərək, müzakirədən belə imtina etdi.

Hətta «Get hara istəyirsən, şikayət et» deməyi də unutmadı».

Bunu aşkar surətdə özünün istehlakçı hüquqlarının kobud şəkildə pozulması və həm də Azərbaycan dövlətinin qanun və qaydalarının tapdanması kimi dəyərləndirən narazı vətəndaş dia.az-a onu da bildirdi ki, artıq məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin «qaynar xətti»nə də müraciət edib:


««Music Gallery»nin arxasında hansı məmur dayanırsa, çıxsın ortaya»

«Təbii ki, mən nazirliyin bu məsələdə kifayət qədər iri bir şirkətin maraqlarına qarşı duruş gətirə biləcəyinə ümid edirəm. Ona görə də müraciət etmişəm və inanıram ki, tədbir görüləcək. Amma acınacaqlı olanı odur ki, bu şirkət böyük bir şəbəkəyə malikdir və açıq şəkildə mənim kimi minlərlə vətəndaşımızın başına rəsmən corab hörməkdədir. Çünki qanunlardan əksəriyyət xəbərsizdir və bu gün müdirlərinin təlimatı ilə - AZƏRBAYCAN QANUNLARI İLƏ YOX - müdirlərinin təlimatı ilə işləyən bu dükan şəbəkəsi minlərlə istehlakçının haqqını gözgörəsi tapdamaqla məşğuldur».

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, artıq İqtisadi İnkişaf Nazirliyinin müvafiq strukturu sözügedən şikayət üzrə araşdırmaya başlayıb.

Redaksiyamıza danışan vətəndaş bildirir ki, o, «Music Gallery» tərəfindən pozulan hüquqlarının müdafiəsində sona qədər iştirak edəcək: «Mən indi də məhkəməyə müraciət etmək istəyirəm. Bu şirkətin arxasında hansı məmur dayanırsa, ortaya çıxsın. Hər halda, sadə vətəndaşın sahibi olduğu şirkət Azərbaycan qanunlarını qulaqardına vura bilməz».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt