Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədov oğlunu deputatlığa hazırlayır

Ziya Məmmədov oğlunu deputatlığa hazırlayır


16-12-2014, 13:39
Ziya Məmmədov oğlunu deputatlığa hazırlayır
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun 2015-ci ildə millət vəkili seçilməsi üçün hazırlıqlara başlanılıb.

Qaynar.info-nun əldə etdiyi məlumata görə, nəqliyyat şefinin yaxın ətrafı artıq Anar Məmmədovun namizədliyinin hansı dairədən irəli sürüləcəyin də təyin ediblər.

Bu günlərdə keçirilən məxfi toplantıda ən uyğun dairə kimi 89 saylı Göyçay-Ağdaş seçki dairəsi məqbul sayılıb. Hal-hazırda həmin dairəni parlamentdə İqtisadiyyat Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev təmsil edir. Bu dairənin Ziya Məmmədovun kurasiyasında olmasını və Şəmsəddin Hacıyevin artıq vurulmuş kadr olduğunu nəzərə alsaq, planın yetərincə məntiqli olduğu görünür.

Qeyd edək ki, xeyli müddətdir Anar Məmmədovun qalmaqallı imicini yaxşılaşdırmaq, ona daha "işgüzar və elitar" obraz qazandırmaq üçün silsilə işlər görülür. Təsadüfi deyil ki, mediada Anar Məmmədovun keçmişi ilə bağlı gedən istənilən yazı qarşı tərəfdə böyük qıcıq yaradır. Hazırda nəqliyyat şefinin oğlu topluma uğurlu iş adamı kimi təqdim olunmağa çalışılır. Onun millət vəkili seçilməsi isə yeni obrazına "ictimai xadim" ştrixi qazandırmağa və toxunulmazlıq qazanmasına hesablanıb.

Geri qayıt