Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ramiz Yediyarov Gədəbəydə obyekt sahiblərinə «seçki pulu» öhdəliyi qoydu

Ramiz Yediyarov Gədəbəydə obyekt sahiblərinə «seçki pulu» öhdəliyi qoydu


11-12-2014, 13:48
Ramiz Yediyarov Gədəbəydə obyekt sahiblərinə «seçki pulu» öhdəliyi qoydu
DİA.AZ: - «Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov rayonda məqsədli olaraq üsyan ab-havası yaratmaqdadır. Artıq onlarla sahibkarın obyektləri Ramiz Yediyarovun göstrişi ilə sökülüb. Yenə də eyni qaydada onlarla müxtəlif təyinatlı obyektlər hədəfdədir. Bu isə aşkar şəkildə etirazlar yaradır».

Bu sözlər DİA.AZ-a ünvanlanan müraciətdəndir. Redaksiyamıza Gədəbəydən olan bir neçə iş adamının imzası ilə daxil olan müraciətdə qeyd olunur ki, Ramiz Yediyarov özünü kifayət qədər arxayın və toxunulmaz hiss etdiyindən yerli iş adamlarına müsibətlər yaşadır:

«Bu gün səhər saatlarından Gədəbəydə rayon mərkəzində yerləşən 20-yə yaxın obyektin sahibinə icra başçısının adından xəbərdarlıq daxil olub. Başçının adamları bildiriblər ki, qarşıdan gələn bələdiyyə seçkilərinə görə, hər bir obyekt sahibi 1000 manat pul verməlidir. Guya bu məbləğ seçki ilə əlaqədar rayona gələn qonaqların yola salınması üçündür».

Narazı iş adamları dia.az-a müraciətlərində bildirirlər ki, etiraz edə bilmirlər: «Bu pulu hər birimiz vermək zorundayıq. Əks halda bizi hansı aqibətin gözlədiyinibilirik. Çünki obyekti sökülənlərin hamısı məhz başçının «tədbirlərinə» pul vermədiklərinə görə hədəfə çevrildilər».

Bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt