Əsas Səhifə > Güney Press, Şou-biznes > Dünyaca məşhur "Maşa"nın 12 yaşı tamam olur

Dünyaca məşhur "Maşa"nın 12 yaşı tamam olur

11-12-2014, 09:19
Dünyaca məşhur "Maşa"nın 12 yaşı tamam olur
Məşhur "Maşa və ayı" ("Маша и Медведь") cizgi filmində Maşanı səsləndirən Alina Kukuşkinanın 12 yaşı tamam olub.

Axşam.az Rusiya mediasına istinadən məlumat verir ki, Alina "Maşa" ilə başlayan məşhurluğunun arxasıyca gedərək böyüyəndə aktrisa olmaq istəyir.

2009-cu ildə Kukuşkina 6 yaşı olanda çəkilməyə başlayan cizgi filmin ilk seriyasından balaca şən qızcığazı səsləndirir. O, 2010-cu ildə "Despicable me" cizgi filmində Aqnes obrazını da səsləndirib.

"Animakkord" "Maşa" rolunu səsləndirmək üçün kastinq elan edəndə studiyanın bütün işçiləri, tanışlar, aktyorlar öz uşaqlarını namizəd kimi irəli sürüblər. Lakin reklam işləri ilə məşğul olan İrina Kukuşkina öz qızının səsini studiyaya göndərəndə filmin heyəti axtardıqlarını tapıblar.

İrina çəkilişləri əvvəl ciddiyə almadıqlarını deyib:

"Biz bilmirdik ki, layihə bu miqyasda böyüyəcək. Sadəcə maraqlı idi. Alina mikrofona bir neçə kəlmə dedikdən sonra onun Maşa olması dəqiqləşdi".

Alina həmçinin konsertlərdə və müsabiqələrdə aparıcı kimi çıxış edir. İki ayda bir dəfə studiyaya "Maşa" rolunun növbəti seriyalarını səsləndirmək üçün gedir. 12 yaşlı qız məktəbdə də əlaçıdır.

Geri qayıt