Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağsu sakinləri prezidentdən yeni icra başçısı istədilər

Ağsu sakinləri prezidentdən yeni icra başçısı istədilər


9-12-2014, 15:18
Ağsu sakinləri prezidentdən yeni icra başçısı istədilər
DİA.AZ: - «Ağsunun icra başçısı Ənvər Seyidəliyevə qarşı rayonda üsyan qalxa bilər. Artıq biz ağsulular Ənvər Seyidəliyevin zülmündən şikayət etməyə qapı tanımırıq. Rayonu xaraba günə qoyması bir yana, rayonda pay torpaqları da icra başçısının adamları tərəfindən ələ keçirildiyindən, yerli camaatın dolanışıq dalınca Bakıya üz tutmaqdan başqa çarəsi qalmayıb». Bu sözlər bir qrup Ağsu sakini adından DİA.AZ-a ünvanlanan müraciətdə yer alıb.

Sakinlər bildirir ki, Ağsunun «ailə podratı» ilə idarə edən Ənvər Seyidəliyev əmək və əhalinin sosial müdüaifəsi naziri Səlim Müslümovun yaxın qohumu olması səbəbindən ondan edilən şikayətlər də qulaqardına vurulur: «Biz dəfələrlə müxtəlif dövlət qurumlarına icra başçısından şikayət etmişik. Prezident Administrasiyasına şikayət edənlərimiz də var. Amma bizi dinləyən yoxdur.

Səbəbini də yaxşı bilirik. Ənvər müəllimin Səlim Müslümov kimi qohumu var. Onu qoyub, kimsə bizim sözümüzü tutmaz. Amma bizim də İlham Əliyev kii prezidentimiz var və biz prezidentdən kömək istəyirik».

Sakinlərin əsas şikayətlərindən biri qarşıdan gələn soyuq qışda donma təhlükəsidir. Onlar dia.az-a yazırlar: «Cənab prezidentdən kömək istəyirik. Ənvər Seyidəliyev yoxsa bizi bu qış donduracaq. Qaz borularının əksəriyyəti yeni olsa da, təbii qazla təminat sıfır həddindədir. Havalar soyuyanda isə isə qaz ümumiyyətlə, kəsilir.

İcra başçısına dəfələrlə şikayət etmişik. Bizi qapıdan qovurlar. Bizə həqiqətən də bu elə-obaya bağlı yeni icra başçısı göndərin ki, o da ağsululara can yandırsın, ağsuluların canını yandırmasın».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt