Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazirlər Kabinetinin indiki tərkibi dəyişə bilər: «Hər an qərarın verilməsi mümkündür»
Nazirlər Kabinetinin indiki tərkibi dəyişə bilər: «Hər an qərarın verilməsi mümkündür»20-11-2014, 15:41 |
DİA.AZ: - «Azərbaycanda Nazirlər Kabinetinin heyətində dəyişikliklər baş verə bilər və mümkündür ki, bu dəyişikliklər gələn ilin yanvar ayına qədər, yəni parlament seçkiləri ərəfəsinə qədər baş tutsun». Bu sözlər DİA.AZ-a NK-dakı mənbələrdən daxil olan informasiyada qeyd alıb. Xəbəri verən mənbə bildirir ki, keçən ilin 22 oktyabr tarixində Nazirlər Kabinetinin hazırki tərkibi təsdiqlənsə də, bu fakt heç də hansısa nazirin və yaxud da dövlət komitəsi sədrinin əbədi olaraq postunda qalmasına dəlalət etmir: «Təbii ki, bu belə deyil. Hətta bu gün Artur Rəsizadənin özünün də vəzifədən alınması, onun hazırda Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovla əvəzlənməsi gündəmdədir. Bildirim ki, Artur Rəsizadənin yerinə daha bir neçə şanslı namizəd var və hələlik konkret qərar verilməyib. Bunlardan əlavə gənclər və idman naziri Azad Rəhimovun da vəzifəsindən alınması gündəmdədir. Azad Rəhimovu bəlkə də hazırki idman projeləri xilas edir, amma bu, müvəqqəti xarakter daşıyır. GİN rəhbərliyi ən uzağı 5-6 aya dəyişdiriləcək». Onu da bildirək ki, nəqliyyat naziri Ziya Məmmədovun da vəzifəsindən alınacağı haqda müxtəlif informasiyalar ayrı-ayrı KİV-lərdə davamlı olaraq yer almaqdadır. Buna da işarə edən mötəbər mənbə dia-az.life-a açıqlamasında bildirir ki, hazırda 6 nazir postunda dəyişiklik hər an baş verə bilər: «Yəni 6 nazir və dövlət komitəsi sədrinin mövqeləri oynaqdır. Hər an qərar verilə bilər. Kimin kimdən əvvəl yola salınacağını isə yalnız prezident müəyyən edir. O ki qaldı keçən ilin 22 oktyabr tarixində təsdiqlənən heyətə… bu tərkibin növbəti beş ildə tam heyətlə vəzifə başında qalacağını söyləmək mümkün deyil». Geri qayıt |