Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Azəriqaz" 1 ildir kəndə qaz çəksə də, sakinlər boş boruları seyr etməklə kifayətlənir

"Azəriqaz" 1 ildir kəndə qaz çəksə də, sakinlər boş boruları seyr etməklə kifayətlənir


8-11-2014, 14:05
"Azəriqaz" 1 ildir kəndə qaz çəksə də, sakinlər boş boruları seyr etməklə kifayətlənir
Qəsəbəyə bir ildən çoxdur ki, yeni xətt çəkilsə də, əhaliyə hələki qaz verilməyib.

Baş verənlərlə əlaqədar infom.az-a daxil olan məlumatda bildirilir ki, Salyan rayonunun Kürqaraqaşlı kəndinə nəhayət ki, 25 ildən sonra yeni qaz xətti çəkilib.

Yəni bu kəndin əhalisi son dəfə təbii yanacaqdan 1988-ci ildə istifadə ediblər.

Yeni çəkilən qaz xətti bir ildən çoxdur ki, sayğaclaşdırlaraq əhalinin istifadəsinə verilib. Amma təbii yanacağın nə vaxt buraxılacağı hələlik heç kəsə məlum deyil

Baş verənlərlə əlaqədar əməkdaşımız rəsmilərin mövqeyini öyrənib.

Kürqaraqaşlı inzibati ərazi nümayəndəsi Abas Məmmədovun ətrafda olub bitən ,onu maraqlandıran istənilən hadisədən xəbəri olduğu halda kəndə nə vaxt qaz verilib verilməcəyini dəqiq bilmir.

Məlumat üçün qeyd edək ki, adı çəkilən ərazi vahidliyinə 5 kənd daxildir. Və burada 6000 minə yaxın əhali yaşayır .Yerdə qalan 4 kəndə( Beşdəli Cəngən Xocalı Ərəbqardaşbeyliyə ) isə nə vaxt qaz xətti çəkiləcəyi ümumiyyətlə heç kəsə məlum deyil.

Qeyd edək ki, bu ərazi vahidliyinin problemi təkcə qaz təminatında deyil.

Eyni zamanda da, kənd arası yollar, su, kanalizasya problemləri, 1969 cu ildə çəkilib bu günə kimi istifadə edilən elektrik xətlərində olan nasazlıq, əkin sahələrinə gedən yolların bərbadlığı, məktəb, baxça, səhiyyədə ki durum və sair. Saymaqla bitmir ki...

Təəssüflər olsun ki, yerli əhalinin probelmlərinin həllinə cavadeh və yaxud da, təşəbbüskar olmalı olan yerli bəldiyyələr də, belə məslələrə biganə yanaşırlar.

Onların başı daha vacib məsələlərə (torpaq alverinə çapıb talamağa) qarışıb.

Buna görədə yerli problemlərlə məşqul olmaqa vaxtları yoxdur. Eyni zamnda işlərinə məsuliyyətsiz yanaşmanın səbəblərindən biridə müəyyən arxayınlıqır çünki, onları bu vəzifəyə əhali yox, bir mənalı olaraq ayrı-ayrı məmurlar təyin ediblər.

Odur ki, onlar kəndlinin yox məmurun quluğunda durmağı özlərinə şərəf və borc bilirlər.

Bələdiyyələrlə bağlı qeyd olunanlar təkcə Kürqaraqaşlı inzibati ərazi vahidliyinə aid olmadığından bu barədə, eyni zamanda qarşıdan gələn seçki, onun növəbti iştirakçıları barədə növbəti sayımızda daha ətraflı məlumat veriləck . infom.az

Geri qayıt