Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sabirabad icra hakimiyyətinə kütləvi şikayətlər ünvanlanacaq...

Sabirabad icra hakimiyyətinə kütləvi şikayətlər ünvanlanacaq...


6-11-2014, 13:37
Sabirabad icra hakimiyyətinə kütləvi şikayətlər ünvanlanacaq...
Sabirabad rayonun mərkəzində bir həftəyə yaxındır ki, mərkəzi küçələrdə içməli suyun verilməsi dayandırılıb. Bu barədə GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən rayonun mərkəzində içməli suyun kəsilməsi insanların həyatını xeyli ağırlaşdırıb. Məlumata əsasən sakinlər artıq dözülməz bir duruma düşüblər. Hətta rayon mərkəzinə yaxın Kürkəndi kəndində də içməli suyun verilməsi ilə bağlı olaraq ciddi problemlər yaşanır.

Mövzu ilə bağlı müraciət edən yüzlərlə vətəndaş bu gün əlaqədar təşkilatlardan Rayon İcra Hakimiyyətinə şikayət etməyə hazırlaşırlar.

Qeyd edək ki, dəfələrlə Sabirabad rayonun mərkəzinə verilən içməli suyun tərkibi ilə bağlı olaraq mətbuatda şikayətlər yer alıb.

2005-ci ildə rayonun içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı olaraq dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin talan edilməsi səbəbindən hələ də əhali su problemindən ciddi əziyyət çəkir. Yazılanlarla bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt