Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra başçılarının «ilin yekun hesabatı» kabusu

İcra başçılarının «ilin yekun hesabatı» kabusu


4-11-2014, 16:33
İcra başçılarının «ilin yekun hesabatı» kabusu
DİA.AZ: - «Hazırda icra başçıları üçün ən ağır bir dönəm ərəfəsidir». Bu sözləri DİA.AZ-a bildirən məlumatlı mənbə iddia edir ki, əksər rayon icra hakimiyyəti başçıları 2014-cü ilin başa çatması ilə əlaqədar ilin yekunlarını əks etdirən hesabatın hazırlanmasında əməlli-başlı çətinlik çəkirlər.

Xəbəri dia.az-a verən qaynaq bildirir ki, keçən il bir çox rayonların rəhbərləri məhz hesabatlarındakı yanlışlıqların hədəfinə çevrildilər: «Onlardan bəziləri görəvdən alındı, bəziləri isə tənbeh olundu».

Bu dəfə yekun hesabatların hazırlanmasına daha da həssas yanaşmaq zorunda qalan rayon rəhbərlərinin hətta bu iş üçün indidən mütəxəssisləri kirayələdiyini bildirən qaynaq iddia edir ki, bu işdən pul qazananlar da var: «Bir hesabatın hazırlanması üçün mütəxəssislərə 20 min manat pul təklif edən də var»…

Hər halda, görünəni odur ki, rəhbərliyi altında yaxşı kadrı olmayan icra başçıları üçün belə bir çətinlik aktualdır…

Geri qayıt