Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakı əyrici-toxucu fabrikinin kollektivi şok faktları açıqladı – Səfər Əbiyevin yalançı tenderləri və yeyilən milyonlar

Bakı əyrici-toxucu fabrikinin kollektivi şok faktları açıqladı – Səfər Əbiyevin yalançı tenderləri və yeyilən milyonlar


24-10-2014, 15:43
Bakı əyrici-toxucu fabrikinin kollektivi şok faktları açıqladı – Səfər Əbiyevin yalançı tenderləri və yeyilən milyonlar
DİA.AZ: - Bakı əyrici-toxucu fabrikinin kollektivi adından DİA.AZ-a da bir şikayət məktubu ünvanlanıb. Keçmiş müdafiə naziri Səfər Əbiyevə və onun yaxlnlarına ciddi ittihamların yer aldığı həmin müraciəti diqqətinizə təqdim edirik:

“Konstitutsiya Məhkəməsinin hakimi İsa Nəcəfov 1994-cü ildən çoxsaylı firmalar açaraq, Müdafiə Nazirliyinin yalançı keçirdiyi tenderlərinin qalibi olub. Müdafiə Nazirliyini ət məhsulları ilə təhciz edib. Qiymətlər ikiqat artırılaraq keyfiyyətsiz ət məhsulları Müdafiə Nazirliyinə təhvil verilib. Xeyli vaxt keçəndən sonra İsa Nəcəfov oradakı zabitləri və əsgərləri geyindirmək üçün cürbəcür planlar həyata keçirib. Nəhayət, Nərimanov rayonunda Qarabağ no 1 küçəsində yerləşən Bakı Əyrici-toxucu fabrikasına sahib olmaq istəyir. Bakı Əyrici-toxucu fabrikası dünya standartlarına uyğun təhciz olunmuşdu və Müdafiə Nazirliyinin bütün sifarişlərini yerinə yetirməyə hazır idi. Ona görə İsa Nəcəfov (Sabiq Respublika Prokrorunun birinci müavini) öz vəzifəsindən sui-istifadə edərək Bakı Əyrici-toxucu fabrikinə yoxlamalar göndərirdi. Yoxlamaya gələn prokuror işçilərinin sözündən bəlli olurdu ki, İsa Nəcəfov bu fabriki ələ keçirmək istəyir. Ona görə də bizi- fabrikə yoxlamağa göndərir. O vaxtlar Zeynalov Elşənin doğma qardaşı Respublika Prokurorluğunda İsa Nəcəfovun tabeliyində çalışırdı.

Ona görə də İsa Nəcəfov Bakı Əyrici-toxucu fabrikinin səhimlərini öz qohumlarının adına sənədləşdirir və Zeynalov Elşəni Bakı Əyrici-toxucu fabrikinə direktor vəzifəsinə təyin etdirir. Zeynalov Elşənə tapşırır ki, fabrikin işçilərini tez bir vaxtda azad et. Beləliklə, fabrikin kollektivinin fabrikə sahib çıxmasının qarşısını alırlar. İsa Nəcəfov onların hüquqlarını tələb etmələrindən məhrum edir. Beləliklə, fabrikdə İsa Nəcəfovun qohumları işləməyə başlayır. Zeynalov Elşənin dediyinə görə Səkinə xanımı fabrikə baş mühasib İsa Nəcəfov təyin etdirir. Beləliklə İsa Nəcəfov öz arzusuna çatır. İsa Nəcəfov Zeynalov Elşənə çox gizli şəkildə tapşırır ki, əgər bir adam bilsə ki, mən və Səfər Əbiyev fabrikin sahibiyik və sənədləri öz qohmlarımızın adına sənədləşdirmişik səni o dəqiqə işdən azad edəcəyik.

Ona görə də Zeynalov Elşən İsa Nəcəfovun sahib olduğu Tusi klinikasında görüşdü və lazımı tapşırıqları Tusi klinikasında aldı. İsa Nəcəfov qohumlarının çoxunu fabrikdə nəzarətçi kimi saxlayırdı. İsa Nəcəfovun sahib olduğu Tusi klinikasında Elşən Zeynalov və baş mühasib Müdafiə Nazirliyinin tenderlərinin, lotlarının bölüşdürməsi aparılırdı. Bir neçə il belə Müdafiə Nazirliyinin yalançı tenderlərinin Səfər Əbiyəvin (sabit müdafiə naziri) vasitəsi ilə Bakı Əyrici-toxucu fabriki qalib olub. Bakı Əyrici-toxucu fabriki sifarişləri qiyməti ikiqat artırılaraq həyata keçirib. Və nəhayət dövlətə, xalqa, orduya külli miqdarda ziyan vurdu. Sifarişlərin yerinə yetirilməsi zamanı istehsal olunan geyim ləvazimatının maya dəyərini süni şəkildə artırılmasını və bu artımın İsa Nəcəfovdan gizlədən Zeynalov Elşən özü mənimsəyir və gəlirin azalmasını görən mühasib (İ.Nəcəfovun adamı) Zeynalov Elşənin bu əməlini üzə çıxarır.

Bu səbəbdən də çirkli yolla qazanılmış pulları Zeynalov Elşəndən tələb edirlər. Və nəhayət Zeynalov Elşən tutduğu vəzifədən azad olunur. Zeynalov Elşən vəziyyətdən çıxış yolunu ancaq Dubaya qaçmaqda görür. Zeynalov Elşənin dediyinə görə çirkli yolla əldə olunan pulları Tusi klinikasında İsa Nəcəfova vermişəm. Və o da məni paket şəklində mükafatlandırdı. Beləliklə, Bakı əyrici-toxucu fabrikinə direktor vəzifəsinə baş mühasib Səkinə Babayeva təyin olunur. Müdafiə Nazirliyinin bütün keçirilən tenderlər uzun illərdi ki Səfər Əbiyevin göstərişi ilə Bakı əyrici-toxucu fabrikinə (keçmiş Volodarski adına) indiki Bakı tikiş fabrikinə ya labaratoriya, müqavilə yolu ilə ya da ki yalançı tenderlərin yolu ilə qalib çıxırdılar. Bakı tikiş fabrikinin direktoru Rəhimov Fədai İsa Nəcəfovun klinikasında elə məsləhətləşirlər ki, yuxarıda göstərilən fabrikləri Rəhimov Fədai söyləyir ki, icazə ver ki mən idarə edim və səhimləri yenidən bizə və sizə yaxın olan adamların adına sənədləşdirək ki, gördüyümüz işlərin izləri tamamilə itsin. Ondan qabaq səhmlər Mamedov Azər Abbas oğlunun adına sənədləşdirilmiş idi. Beləliklə Səkinə Babayevanı Bakı əyrici-toxucu fabrikindən azad edirlər. Bakı əyrici-toxucu fabrikinə Mərdanov Arifi icraçı director təyin etdilər.

Mərdanov Arif Rəhimov Fədainin yanında Bakı Tikiş Fabrikində satış şöbəsində işləyirdi. Mərdanov Arif Türkiyə vilayətinin Gürcüstanda, Gəncədən lazım olan ləvazimatlarla təhciz edirdi. Mərdanov Arifin dediyinə görə: “Mən çoxdan Rəhimov Fədaiyə deyirdim ki, İsa Nəcəfovdan xahiş et ki, Məni Bakı əyrici-toxucu fabrikinə icraçı director təyin etsin və mən orada ayaqqlabı sexi açım. Beləliklə Müdafiə Nazirliyinin bütün sifarişləri və yalançı tenderləri sahibi biz olaq.”

Beləliklə, Səkinə Babayeva işləyən dövrdə və ondan qabaqkı illərdə də Bakı əyrici-toxucu fabriki dövlət büdcəsinə əlavə dəyər vergisi ödəməyib. Ona görə də icaraçı direktor Vergilər Nazirliyinə dəfələrlə dəvət olunur. Amma İsa Nəcəfovun köməyi ilə bu məsələyə xitam verilib. Beləliklə dövlətə büdcəyə külli miqdarda ziyan vurub. Səkinə Babayeva hər yerdə deyir ki Allah İsa Nəcəfovun canını sağ eləsin. Məni bu bəladan qurtardı. Söhbət milyonlarla mənimsənilən dövlət vergisindən gedir”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq....

Geri qayıt