Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > YAP-ın sabiq sədri keçmiş icra başçısının qardaşının cəzalandırılmasını tələb edir

YAP-ın sabiq sədri keçmiş icra başçısının qardaşının cəzalandırılmasını tələb edir


22-10-2014, 15:00
YAP-ın sabiq sədri keçmiş icra başçısının qardaşının cəzalandırılmasını tələb edir
DİA.AZ: - Redaksiyamıza Şəki rayon YAP təşkilatının sədri olmuş Valeh Yusifli tərəfindən şikayət məktubu daxil olub. DİA.AZ bildirir ki, prezidentə müraciət edən sabiq YAP sədri bu gün bir neçə sahibkarı narahat edən problemin həllinə dəstə istəyir.

Dia.az olaraq həmin müraciəti təqdim edirik:

“Mən Valeh Yusifli dövlət quruculuğunda yaxından və fəal iştirak edən şəxs kimi müraciət edirəm.Mən 1993-cü ildən Ümummilli Liderimiz H.Əliyevin tapşırığı əsasında əvvəlcə YAP Şəki rayon təşkilatının sonradan isə Oğuz,Qax,Zaqatala və Balakən rayon təşkilatlarının yaradılmasında yaxından iştirak etmiş və 2000-ci ilədək Şəki YAP təşkilatının sədri vəzifəsində işləmişəm. Bu gün fərdi qaydada yenə də zonada insanların hüquqlarını demək olar ki, təmənnasız müdafiə etməklə məşğulam. Hərdən qarşılaşdığım ədalətsizlikləri görəndə isə çox təəssüflənirəm.

Məsələn, 2009-2010-cu illərdə Şəkinin yüzlərlə sakinindən bazar tikib dükanlar verəcəyi vədilə külli miqdarda əvvəlcədən pul alıb mənimsəyən Şəki İH-ti sabiq başçısı Nazim İbrahimovun qardaşı Ürfət İbrahimov vətəndaşların pullarını qaytarmaqdan imtina edir. Belə ki, ilkin olaraq 43 nəfərin şikayəti üzrə Korrupsiya İdarəsində aparılmış istintaqın nəticəsində Ü.İbrahimova cinayət işi başlanaraq baxılması üçün Şəki Ağır Cinayətlərə Dair Məhkəməsinə göndərilmişdir. Nəticədə məhkəmə hökmündə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası hansısa maraqlar ucbatından 1(bir) il sınaq müddəti ilə şərti cəza ilə əvəzlənmişdir. 43 zərəçəkmişin isə yarsına pullarının qaytarılacağı vəd edilərək onlardan razılıq ərizələri alınmışdır. Bunu görən digər zərəçəkmişlər mənə müraciət edərək pullarının qanuni yolla qaytarılmasına köməklik göstərməyimi xahiş etmişlər. Budur, 26 şəxsin imzası ilə dövlət orqanlarına müraciətlər etsək də bizə verilən formal və əsassız cavablardan məlum olur ki, qoy vətəndaşlar məhkəməyə mülki qaydada ərizə versinlər. Hazırda şikayətçilərin sayı 36 nəfərdir. 3-cü qrup şikayətçilərin sayı da 11 nəfərdir. Onlar da vaxtilə müraciətlər etmələrinə baxmayaraq eyni formal cavablar alıblar.

Cənab Prezident, necə olur ki, 1-ci 43 şikayətçinin şikayəti üzrə dərhal istintaq aparılır və Ü.İbrahimov məsuliyyətə cəlb edilir.Lakin digər 26 və 11 vətəndaşın ayrı ayrılıqda külli-miqdarda pul vəsaitlərinin mənimsənilməsilə bağlı dövlət orqanlarına etdikləri şikayətlərə baxılmır? Axı bu insanların da konstitusion hüquqları ciddi formada pozulmuz və zərəçəkmişlər. Və son 5 il ərzində Ü.İbrahimov bu vətəndaşlara 1 qəpik də ödəmək istəmir. Hazırda Şəki şəhərində bu insanlardan gizlincə fəaliyyətlə məşğuıdur Və yenidən bazarı açmağa can atır. Yenə də yüzlərlə yeni yeni insanlara bazarda yer verəcəyi vədilə qanunazidd əməllərlə məşğuldur. Və bu kombinasiyası ilə insanları xaosa sürükləyir.

Mən xahiş edirəm iş üzrə yeni zərəçəkmişlərin (cəmisi bu günkü günə onların sayı 47 nəfərdir.)ərizələri dövlət orqanları tərəfindən ayrıseçkiliyə məruz qalmadan baxılsın və məhkum Ü.İbrahimov vətəndaçlardan aldıqları külli-miqdarda pulları qısa müddətə özlərinə qaytarsınlar”.

Geri qayıt