Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Alı Qocayevin dövründən razılıq edən vətəndaş Xaləddin İsgəndərovdan şikayətçidir

Alı Qocayevin dövründən razılıq edən vətəndaş Xaləddin İsgəndərovdan şikayətçidir


20-10-2014, 14:27
Alı Qocayevin dövründən razılıq edən vətəndaş Xaləddin İsgəndərovdan şikayətçidir
DİA.AZ: - Bu gün redaksiyamıza şikayət edən Qazax rayonu sakininin narazılığı Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdandır.

Qazax sakini DİA.AZ-a müraciətində bildirir ki, hələ 6 il əvvəl Binəqədi raylonu ərazisindən torpaq sahəsi alıb: “Kasıbmılıq olduğundan bu illər ərzində aldığım torpaq sahəsində ev tikə bilmədim.

Indi bir az imkan edib, inşaata başlamaq istədim ki, başımı Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun qoçuları kəsdirdilər.

Onlar məndən açıq şəkildə tikintini davam etdirməyim üçün 7 min manat pul tələb etdilər”.

Dia.az-a danışan narazı vətəndaş – Qazax rayon sakini Rasim Mustafayev bildirir ki, Alı Qocayevin vaxtında torpaq sahəsini alarkən 1 manat da ürüşvət verməyib: “Torpaq sahəmin bütün ətrafında ev tikilib. Təkcə mənə icazə vermirlər. Daha doğrusu, pul tələb edirlər. Imkanım yoxdur. Güc-bəla ilə ancaq bir az pul toplayıb, evi qaldıra bilərəm. Indi mən hansını edim. Rüşvəti versəm, ev tikə bilməyəcəm”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt