Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Hacı İbrahim Nehrəmlinin şirkətində vergi yoxlaması - Qəfil yoxlama qərarı çıxarılıb

Hacı İbrahim Nehrəmlinin şirkətində vergi yoxlaması - Qəfil yoxlama qərarı çıxarılıb


14-10-2014, 14:10
Hacı İbrahim Nehrəmlinin şirkətində vergi yoxlaması - Qəfil yoxlama qərarı çıxarılıb
Bu gün aldığımız informasiyalara əsasən hazırda Vergilər Nazirliyinin əməkdaşları «Avesta» Konsernində yoxlamalar aparır. Məlumata əsasən aparılan yoxlamaların məqsədi bəlli deyil. Bildirilir ki, yoxlamalara bu ayın 11-də qərar verilib. Əməkdaşlarımız bu gün «Avesta» Konserninin binası önündə Vergi Müfəttişlərinə məxsus bir neçə avtomobilin dayandığının şahidi olublar. Yoxlamaların konsernə daxil olan hansı şirkətdə aparıldığına dair də heç böir bilgi verilmir. Hələlik bu informasiyanı dəqiqləşdirməyə çalışırıq. Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq.
\\ gundeminfo.az \\
Geri qayıt