Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qaxın icra başçısı da rayonun yezidinə çevrilib

Qaxın icra başçısı da rayonun yezidinə çevrilib


10-10-2014, 14:32
Qaxın icra başçısı da rayonun yezidinə çevrilib
Musa Şəkiliyev rayonda qarğıdalı əkdirir, su almaq istəyən sahibkarlar isə onu «görmə»dən heç nə edə bilməzlər

Qaxda dözülməz vəziyyət yaranıb. JAM.AZ-a daxil olan məlumata görə, belə bir vəziyyəti yaradan şəxs isə rayonun icra başçısı Musa Şəkiliyevdir.

Sakinlərin bildirdiyinə görə, Qazda əkin sahələrini ələ keçirən icra başçısı qarğıdalı əkdirməklə məşğuldur. Onun böyük ərazilərdə qarğıdalı əkdirdiyi və rayondakı əsas su mənbələrini də bu sahələrin suvarılmasına yönləndirdiyini qeyd edirlər. Məlumatda vurğulanır ki, Şəkiliyev elə bir vəziyyət yaradıb ki, yerli idarə rəhbərləri onun icazəsi olmadan əhaliyə bir qaşıq su sata bilməz.

JAM.AZ-a verilən məlumatda deyilir ki, yerli fermerlər əkdikləri sahələri suvarmaq istəyirlərsə, bunun üçün icra başçısını görməli və haqqını çatdırmalıdırlar. Əks təqdirdə, məhsul sahədə yanıb, kül olsa belə xeyri yoxdur.

Geri qayıt