Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İbrahimov qardaşları dövlətin 4 milyardlıq layihəsini şəxsi güvəncələrinə çeviriblər

İbrahimov qardaşları dövlətin 4 milyardlıq layihəsini şəxsi güvəncələrinə çeviriblər


3-10-2014, 17:14
İbrahimov qardaşları dövlətin 4 milyardlıq layihəsini şəxsi güvəncələrinə çeviriblər
Azərbaycanda ən iri tikinti konserni «Avesta»dadır. Konsernin başında Hacı İbrahim Nehrəmli dayanır. Hacı İbrahim Nehrəmlinin qardaşı Nazim İbrahimov Diaspora Komitəsinin sədridir. Digər bir qardaşı isə hazırda Türkiyədə işləyir və uzun illər «Azad Azərbaycan» Teleradioşirkətinin prezidenti olub. İbrahimov qardaşları zaman-zaman siyasi karyeralarında ağır dönəmlər yaşayıblar. Və bu gün də hətta Nazim İbrahimovun mövqeyləri laxlamaqdadır. N.İbrahimovu ən yüksək tribunalardan hətta dövlət başçısı belə səfirliklərlə əməkdaşlıq etməməsinə görə qınayıb.

Nazim İbrahimovun bir yüksək çinli dövlət məmuru olması səbəbindən şəxsi həyatı ilə bağlı da yerli mətbuatda kifayət qədər məlumatlar yayılıb. İbrahimov qardaşları mətbuata verdikləri açıqlamalarında əsasən bir-birlərini tənqid edirlər. Məsələn «Avesta»nın prezidenti Hacı İbrahim Nehrəmli Nazim İbrahimova görə tanınmadığını deyir. Qarşılıqlı olaraq Tağı İbrahimov da qardaşlarının adından faydalanmadıqlarını açıqlayır. Bununla da cəmiyyətə verilən mesajlarla qardaşlar bir-birini siyasi karyera baxımından qoruyurlar. Çünki bu qardaşların hər biri bilir ki, istənilən bir siyasi səhv nəticəsində ATV prezidenti Tağı İbrahimov kimi Hacı İbrahim Nehrəmli də ciddi şəkildə büdrəyə bilər.

Lakin İbrahim Nehrəmli dünya ticarətinin qızıl qaydasını tətbiq edərək nəinki özünün gələcəyini, qardaşlarının belə siyasi sabahını sığortalayır. Çox kiçik bir araşdırma apardıq və bəlli oldu ki, əslində «Avesta» konsernində payçı təkcə Hacı İbrahim deyil. Konsernin tərkibinə Azər - Ross İK MTK, "Günel Ltd", “Həsən – 96” MMC , “Həsən – 96” MTK, “Hüseyn -94” KM, “İlkan” MMC daxildir. Araşdırmalarımız zamanı bizə bəlli olan çox mühim xəbərin elə siyasi əhəmiyyəçt kəsb etdiyi ortaya çıxır. «Avesta»nın inşa etdiyi «Xəzər İsland» layihəsi demək olar ki, təkinvestitsiyalı layihədir. Yəni hansısa iri beynəlxalq maliyyə qurumunun bu layihəyə qatılmasına dair yayılan mütəmadi xəbərlərin heç biri təsdiqini tapmayıb. Məsələn bir müddət əvvəl Azərbaycan mediasında informasiya yayıldı ki, tanınmış türkiyəli iş adamı Əli Ağaoğlu «Xəzər İsland»da şərikdir. Sonradan isə Azərbaycan mediasında «Hacı İbrahim Nehrəmlinin şəriki Türkiyədə həbs edildi» başlıqlı xəbərlər yayılanda «Avesta»nın sahibi dərhal (eksküliziv) açıqlama verərək bəyan etdi ki, Əli Ağaoğlu onun şəriki deyil. Bəlkə də Əli Ağaoğlu həbs edilməsəydi Hacı İbrahim heç bir açıqlama verməyəcəkdi və məhz investorlar arasında – «Xəzər İsland»da payçı olaraq təqdimatı mediada oturuşacaqdı.

İbrahimov qardaşları dövlətin 4 milyardlıq layihəsini şəxsi güvəncələrinə çeviriblər

Bəli faktlar Hacı İbrahimin özünün dediklərini cəmi bir neçə ay sonra necə təkzib etdiyini diktə edir. Hacı İbrahim 2012-ci ilin avqust ayının 24-də şirkətinin rəsmi saytına http://www.avestaconcern.com/az/news/13 açıqlama verərək bildirir:

- Türkiyənin ən böyük işi adamlarından biri olan Əli Ağaoğlu Azərbaycanda həyata keçirilən dənizdə şəhər - «Khazar Islands» layihəsinə investor kimi qoşulacaq.

Bu barədə «Khazar Islands» layihəsini reallaşdıran «Avesta» konserninin rəhbəri Hacı İbrahim İbrahimov bildirib.

Onun sözlərinə görə, bu günlərdə Bakıda aparılan danışıqlarda türk işi adamının rəhbərlik etdiyi qrupun bu layihəyə investisiya yatırması barədə ilkin razılıq əldə olunub: «Bununla bağlı növbəti görüşümüz iyulun 19-20-də İstanbulda keçiriləcək».

İ.İbrahimov bildirib ki, ilkin razılığa əsasən, türk işi adamı «Khazar Islands» layihəsinə minimum 100 mln. manat (təxminən 125 mln. dollar) manat vəsait yatıracaq.

Əli Ağaoğlunun həbs edilməsixəbərinin ardından 2013-cü ilin dekabr ayının 17-də Hacı İbrahim «Yeni Müsavat»a eksküliziv açıqlama verir və «Avesta»nın rəsmi saytında hələ də qalan açıqlamasını ümumiyyətlə təkzib edir. Hacı İbrahim şəxsən şəriki kimi təqdim etdiyi Əhməd Ağaoğlu haqda bunları deyir:

- ürkiyədə həbs olunan məşhur iş adamı Ali Ağaoğlunun həbsinə “Khazar İslands” layihəsinin rəhbəri, “Avesta” Konsernin prezidenti Hacı İbrahim Nehrəmlidən reaksiya gəlib. Bir müddət əvvəl Bakıda işgüzar səfərdə olan Ağaoğlunu yerli media Hacı İbrahimin şəriki kimi təqdim edir. Hətta türkiyəli iş adamının həbsindən sonra da bəzi xəbər başlıqlarında “Hacı İbrahimin türk şəriki tutuldu” başlığına rast gəlmək mümkündür. Bu barədə musavat-a eksklüziv açıqlama verən İbrahim Nehrəmli deyilənləri təkzib edib: “Ali Ağaoğlu ilə mənim heç bir layihədə şərikliyim yoxdur. O, Azərbaycana səfər edərkən görüşdük, “Khazar İslands” layihəsi çərçivəsində söhbət etdik, müzakirə apardıq. Amma onun bu layihəyə qoşulmasından söhbət gedə bilməz. “Xəzər Adaları” çox bahalı layihədi. Bu layihəyə kiminsə 15-20 milyonluq sərmayə qoyması sərf etmir. Ali Ağaoğlu layihəyə bu məbləğdə sərmayə qoyub sonra hər yerdə deyə bilərdi ki, “Khazar İslands”ı mən tikdirirəm. Çünki o, bir qədər göstəriliyə meylli biznesmendi”.

GUNDEMİNFO.AZ «Xəzər İsland»da investitsiya qoyacağına dair yayılan daha bir blefin üstünü açıb. Bəlli olur ki, mətbuatda Qətərin «Qatar Diar Company» dövlət şirkəti (Qatar Daşınmaz Əmlak İnvestisiya Fondu) Azərbaycanda həyata keçirilən dənizdə şəhər - «Khazar Islands» layihəsinə 1 mlrd. ABŞ dolları həcmində sərmayə yatıracaq xəbəri də gerçək deyil. Yəni bu sadəcə olaraq bir istəkdir. Və Hacı İbrahim layihəsini reklam etməklə tərəfdaşlarının çox olduğunu və xüsusilə də dünyanın ən müxtəlif yerlərindən olduğunu göstərməklə, siyasi mövqeyini möhkəmləndirməyə çalışır.

Daha bir arzuya bənzər informasiyanı isə Hacı İbrahim şəxsən jurnalistlərə deyir. Deyir ki, Dubayda məşhur göydələnlərin tikintisi və idarəetməsini həyata keçirən «Nakhill» şirkəti «Avesta» konserninə müraciət edərək «Khazar Islands» layihəsinin menecmentliyini həyata keçirmək istəyir.

Bu informasiyalara diqqətlə yanaşanda heç birinin sonunda konkret qərar ifadə edən məqam yoxdur.

İbrahimov qardaşları dövlətin 4 milyardlıq layihəsini şəxsi güvəncələrinə çeviriblər

GUNDEMİNFO.AZ yazır ki, məhz bu səbəbdən də Hacı İbrahimin bu ilin may ayının 10-da Xəzər dənizində inşa edilən adanın 10 hektarlıq sahəsinin açılışı olmalıydı. Lakin açılış edilmədi. Və indi bəlli olur ki, həmin 10 hektarlıq sahə üçün landşaft örtüyünü quran şirkətlə də «Avesta» arasında hansısa qalmaqal yaşanıb. Lakin bu qalmaqalla bağlı olaraq mediaya detallı olaraq informasiyalar verilməyib. Səbəb ondan ibarətdir ki, həmin ot örtüyünü və ağacların əkilməsi prossesini həyata keçirən şirkət 20 milyon manatlıq qalmaqaldan imtina edib, daha böyük layihələrə qoşulub.

Çox maraqlıdır ki, Hacı İbrahimin konserni ilə bağlı hər zaman kriminal və müəmmalı informasiyalar yayılır. Məsələn konserndə silahlı insident və pul dolu kassanın oğurlanması. Konserndə yüksək vəzifəli şəxsin elə inzibati binanın önündəcə öldürülməsi. İş adamı Elşad Məmmədov bütün növ etiraz formalarına baxmayaraq hələ də pulunu ala bilməməsi. İş adamının ölkənin internet resursları arxivində barəsində müsbət olaraq görünən sadəcə «Xəzər İsland»ın fotolarıdır.

Bu mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt