Əsas Səhifə > Güney Press, Şou-biznes > Bu mükafatı üçün jurnalistlərə minnətdardır !

Bu mükafatı üçün jurnalistlərə minnətdardır !


2-10-2014, 12:44
Bu mükafatı üçün jurnalistlərə minnətdardır !
Dünən gecə “Number 1” mükafatlandırma mərasimi baş tutub. Möhtəşəm təşkil olunmuş gecədə ölkənin yalnız və yalnız “Number 1”ları məlum olub. “Number 1” “number 1”ları təyin edib. Tural Ozan və Humay Muxtarovanın təşkilaçılığı ilə keçirilən gecəyə qonaqlar “Maserati” markalı avtomobillə yaxınlaşıblar. Uzunluğu 150 metr olan qırmızı xalı üzərinə dəvət olunan qonaqlar bir-bir mükafatlarını alıblar. Mükafat alanlar arasında xalq artisti Faiq Ağayev, Amaliya Pənahova, əməkdar artist Elza Seyidcahan, meyxanaçı Namiq Qaraçuxurlu, aparıcı Murad Arif, Lətafət Ələkbərova, prodüser Təranə Səmədova, rejissor Nail Naiboğlu, məşqçi Ceyhun Vəliyev, müğənnilər Zamiq Hüseynov, Natavan Həbibi, Aysel Əlizadə, Elnur Məmmədov, Sevinc Ağaşirinova, Roza Zərgərli, "Bozbash pictures" komandasının aktyorları , jurnalist Fuad Mədətov, ekstrasens Aqil Məhərrəmov və başqaları yer alıb.
Qonaqlar sırasında olan ilin ən yaxşı ekstrasensi adına laiq görülən Aqil Məhərrəmov --- .az-la fikirlərini bölüşüb: “Məni ilin “Number 1” ekstrasensi adlandıran bütün insanlara təşəkkürümü bildirirəm. Bu il verdiyim proqnozların 80%-i doğru çıxdığı üçün düşünürəm ki, bu ada məhz mən laiq görülməli idim və çoxsağolun ki, məni də laiq gördünüz. Bu vaxta kimi məndən yazan, proqnozlarımı insanlara çatdıran media əhlinə də minnətdaram”.


Bu mükafatı üçün jurnalistlərə minnətdardır !
Bu mükafatı üçün jurnalistlərə minnətdardır !
Bu mükafatı üçün jurnalistlərə minnətdardır !
Bu mükafatı üçün jurnalistlərə minnətdardır !
Geri qayıt