Əsas Səhifə > Güney Press, Reklam > “Bakcell” gənc developerləri dəstəkləyən layihəyə start verib

“Bakcell” gənc developerləri dəstəkləyən layihəyə start verib


23-09-2014, 11:06
“Bakcell” gənc developerləri dəstəkləyən layihəyə start verib
“Bakcell” şirkəti “AppLab” adlı innovativ mobil developer layihəsinə start verir.

“Media forum” saytının məlumatına görə, “Bakcell” bu layihəni gələcək nəsil mobil texnologiyalar sahəsində ixtisaslaşmış “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırır.

Layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını sürətlə həyata keçirə bilmələri üçün mobil tətbiqetmələr yaratmalarına kömək göstərən alətlərlə təmin olunmasıdır.

“AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer məsələ lə bağlı açıqlamasında bildirib: “Biz “Qualcomm” şirkəti ilə mühüm layihələr həyata keçirmişik. Biz bu il əməkdaşlığımızı ölkənin telekommunikasiya sektorunda olduqca əhəmiyyətli hadisə hesab edilə bilən müxtəlif maraqlı layihələr çərçivəsində genişləndiririk. “Bakcell” həmçinin son üç ildə Azərbaycanın gənc developerlərinə dəstək göstərmək üçün ilk dəfə olaraq həyata keçirilən layihələrin tərəfdaşı olub. İndi biz maraqlı ideyaları olan gənclərə “AppLab” layihəsi kimi gözəl bir fürsəti böyük məmnuniyyətlə təqdim edirik. Proqram inkişaf etdirmə prosesində “Bakcell” və “Qualcomm” şirkətləri tərəfindən onlara böyük dəstək göstəriləcək və biz inanırıq ki, bu layihə onların çox xoşuna gələcək”.

Layihə çərçivəsində gənc developerlər “Bakcell” şirkətinin Sahil ofisində yerləşən, internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş yeni “AppLab” ofisində çalışa biləcək və məhsulları sınaqdan keçirmək üçün müasir cihazlardan istifadə etmək imkanına malik olacaqlar.

“Bakcell” və “Qualcomm” şirkətlərinin təşkil etdiyi xüsusi ekspert qrupu isə gənc developerləri geniş çeşidli yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəcəklər.

“AppLab” layihəsində iştirak etmək üçün gənc developerlər http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini bu ünvana göndərməlidirlər: [email protected].

Geri qayıt