Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sabunçunun icra başçısı Azərbaycanı birdəfəlik olaraq tərk edib?

Sabunçunun icra başçısı Azərbaycanı birdəfəlik olaraq tərk edib?


19-09-2014, 15:08
Sabunçunun icra başçısı Azərbaycanı birdəfəlik olaraq tərk edib?
DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a maraqlı bir informasiya daxil olub.

Sabunçu rayon icra hakimiyyətindəki məlumatlı mənbənin redaksiyamıza verdiyi informasiyaya görə, sözügedən rayonun icra hakimiyyətinin başçısı Adil Vəliyev artıq 3 gündür ki, işə çıxmır.

Mənbə dia.az-a bildirir ki, ümumiyyətlə, Adil Vəliyev Azərbaycanda yoxdur.

İnformasiyaya görə, Adil Vəliyevin Azərbaycandan gedişi onunla bağlı qərarla əlaqədardır. Mənbənin dia.az-a söylədikləri: «Adil Vəliyev hazırda Türkiyədədir. Onun vəzifəsindən alınacağı söylənilir. Ehtimal olunur ki, icra başçısı məhz bu səbəbdən ölkəni tərk edib. Amma konkret hansı məqsədlə… bəlli deyil».

Məlumata görə, Adil Vəliyev Azərbaycana qayıtmaya da bilər: «Bu isə şübhələri daha da artırır»…

Geri qayıt