Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ərdoğanın yaxın adamı kimi tanınan azərbaycanlı iş adamı Bakıya pul yatıracaq

Ərdoğanın yaxın adamı kimi tanınan azərbaycanlı iş adamı Bakıya pul yatıracaq


16-09-2014, 16:07
Ərdoğanın yaxın adamı kimi tanınan azərbaycanlı iş adamı Bakıya pul yatıracaq
DİA.AZ: - Qardaş Türkiyənin tanınmış iş adamlarından olan və əslən azərbaycanlı olan, bir müddət əvvəl isə gizli polis əməliyyatı ilə böyük miqdarda korrupsiya ittihamı ilə həbsə atılan Rza Zərrab Bakıya gəlməyə hazırlaşır. Bu barədə DİA.AZ-a hazırda Rza Zərrabı qarşılamağa hazırlaşan yerli iş adamlarımızdan biri məlumat verib.

Bildirilir ki, əslən Güney Azərbaycandan olan Rza Zərrabın Bakıya səfəri təsadüfi deyil.

Xatırladaq ki, Türkiyədə Ərdoğan iqtidarı ilə geniş əlaqələrə malik olan Rza Zərrab gizli qızıl biznesi ilə məşğul olması yanaşı, həm də İranın Türkiyə vasitəsilə neftini satan fiqur kimi də tanınır.

Məlumatı dia.az-a verən mənbə bildirir ki, Rza Zərrabın Bakıya nəzərdə tutulan səfəri işgüzar xarakter daşıyır: «O, Azərbaycana ciddi yatırım qoymağı düşünür. Və Bakıda onun yüksək çinli məmurlarla da görüşü planlaşdırılır».

Geri qayıt