Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Aydın Əliyevi gömrük komitəsinin rəhbərliyindən uzaqlaşdırırlar - Yeni komitə sədri öz komandasını quracaq

Aydın Əliyevi gömrük komitəsinin rəhbərliyindən uzaqlaşdırırlar - Yeni komitə sədri öz komandasını quracaq


16-09-2014, 15:26
Aydın Əliyevi gömrük komitəsinin rəhbərliyindən uzaqlaşdırırlar - Yeni komitə sədri öz komandasını quracaq
DİA.AZ: - Məlumdur ki, hakimiyyət əsas kadr islahatlarını bu ilin sonlarına saxlayıb. DİA.AZ-a gözlənilən dəyişikliklərlə bağlı yeni informasiyalar daxil olub.

Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, Dövlət Gömrük Komitəsinin rəhbərliyində də islahat planlaşdırılır. Mənbənin dia.az-a söylədikləri: «Konkret olaraq DGK rəhbəri Aydın Əliyevin vəzifəsindən alınması nəzərdə tutulub. Onun yerinə isə hazırda polis orqanlarında çalışan şəxslərdən birinin təyinatı gözlənilir».

Mənbəmiz buna paralel olaraq DGK sistemində köklü kadr islahatlarının da həyata keçiriləcəyini istisna etmir: «Hər halda, gələn yeni kadr öz komandasını quracaq».

DGK ilə yanaşı, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində, habelə Dövlət Neft Şirkətində də ciddi kadr islahatlarının həyata keçiriləcəyi bildirilir.

Geri qayıt