Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Qobustan rayonu rəhbərliyinin ibtidai icma təfəkkürü

Qobustan rayonu rəhbərliyinin ibtidai icma təfəkkürü


8-09-2014, 15:16
Qobustan rayonu rəhbərliyinin ibtidai icma təfəkkürü
Dəfələrlə Qobustan rayonundakı içməli su problemindən, şəhərin mərkəzində hətta tualetin olmamasından, rayonun bəzi kəndlərində torpaq örtüyünün məhv edilərək Bakıdakı məmur bağlarına daşınmasından və digər problemlərdən kifayət qədər yazmışıq. Adil MemmedovI İmişlidəki asfalt zavodu kimə məxsusdur? Hətta Qobustan RİH-nin başçısı Adil Məmmədovun sürücüsü “Cavadxan müəllim”in rayonda söz sahibi olmasından da bəhs etmişik. Ancaq bölgə müxbirimizin verdiyi məlumata görə heç bir sahədə müsbət dəyişiklik yoxdur. Qafqaznews.az-a daxil olan son məlumata görə ölkə başıçısının Qobustan rayonunda abadlıq və quruculuq işləri üçün ayırdığı vəsaiti kimlərsə məqsədəyönlü şəkildə deyil, öz ciblərinə uyğun xərcləyirlər. Rayon ərazisində asfalt yolların çəkilməsi və təmiri üçün dövlət tərəfindən xeyli maliyyə ayrılıb. Ancaq Qobustan, Şamaxı və digər yaxın ərazilərdə asfalt zavodu olmasına baxmayaraq icra başçısının tələbi ilə İmişlidən asfalt gətirilir. Soruşan yoxdur ki, yaxın ərazilərdə asfalt zavodu olduğu və ucuz qiymətə başa gəldiyi halda nə üçün uzaq İmişlidən asfalt daşınır. Bu kimin marağına uyğundur? Digər tərəfdən İmişlidən asfalt rayona çatana kimi keyfiyyətini itirdiyi və soyuduğu üçün çəkilən yollar çox keyfiyyətsiz olur. Ancaq bütün bunlar rayon rəhbərliyini narahat etmir. Əsas məsələ ayrılan pulları necə mənimsəməkdir…

Geri qayıt